İsrail İranın raket hücumuna cavab olaraq ona zərbə endirmək planlarından əl çəkmir, bu, o qədər “ölümcül və gözlənilməz” olacaq ki, iranlıların nəsə başa düşməyə vaxtı olmayacaq.Bunu İsrailin müdafiə naziri Yoav Qalant ölkəsinin hərbi kəşfiyyat bölmələrindən biri ilə görüşündə bildirib
“İranın hücumu aqressiv, lakin qeyri-dəqiq idi. Bizim hücumumuz isə əksinə, ölümcül, son dərəcə dəqiq və ən əsası gözlənilməz olacaq. İranlıların nə başa verdiyini anlamağa vaxtı olmayacaq. Onlar sadəcə nəticələri görəcəklər”, - nazir vurğulayıb.