İsrail müdafiə naziri Bakıdadır – Səfərin məqsədi açıqlanıb

İsrail müdafiə naziri Bakıdadır – Səfərin məqsədi açıqlanıb İsrailin müdafiə naziri Yoav Qalant Azərbaycana gəlib.

Bunu İsrailin Bakıdakı səfiri Corc Dik deyib.

Səfərin məqsədi İranla ümumi sərhədi olan Azərbaycandakı həmkarlarını Tehranın “zərərli fəaliyyətləri” barədə xəbərdar etməkdir.

“Mignews” yazır ki, bunu israilli nazir bildirib. Qeyd edib ki, o, azərbaycanlılara “İranın əlində olan nüvə silahının qlobal təhlükəsini” təqdim edəcək, o cümlədən “İranın sərhədlərində və İsrail daxilində, eləcə də bütün Yaxın Şərqdə həyata keçirdiyi təhlükəli hərəkətlər haqqında” təfərrüatları bölüşəcək”.

Oxşar xəbərlər