Qeyri-neft ixracının yüksəlməsi bu sahənin, bütövlükdə keyfiyyət baxı¬mından strukturunun tənzimlənməsi ilə bağlıdır

Qeyri-neft ixracının yüksəlməsi bu sahənin, bütövlükdə keyfiyyət baxı¬mından strukturunun tənzimlənməsi ilə bağlıdır
Azərbaycan prezidenti İlham Əliyev ölkənin bütün sahələrinə olduğu kimi, qeyri-neft sahəsinə də xüsusi diqqət göstərmişdir. 26 sentyabr tarixində iqtisadi məsələlərə dair keçirilmiş müşavirədə də ölkə başçısı bu sahənin inkişafını qeyd etdi. Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafında müsbət tendensiya olduğunu və bu sektorun 7 faiz artdığını vurğulayır.
Qey¬ri-neft sənayesində iri və orta istehsal müəssisələrinin qurulması davamlı xa¬rakter alır. Azərbaycan neft satan ölkədən neftdən hazırlanan məhsulla¬rın ixracatçısına çevrilir. Bu istiqamət¬də artıq ciddi uğurlar qeydə alınır. Ölkəmi¬zin iqtisadi göstəricilərinin davamlı art-ması, respublikamızın dünyada sürətli inkişaf tempinə malik olan ölkələrindən biri kimi tanınması da Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsidir. Yüksək iqtisadi göstəricilər sırasında qeyri-neft sekto¬runun payının da mühüm yer tutması xüsusi diqqət çəkir. Qeyri-neft ixracının yüksəlməsi bu sahənin, bütövlükdə keyfiyyət baxı¬mından strukturunun tənzimlənməsi ilə bağlıdır. Bunun nəticəsidir ki, Azər-baycan əvvəlki illərdən fərqli olaraq yalnız xammal məhsulları deyil, eyni zamanda, emaledici məhsulları da dünya bazarına çıxarır. Bu da təbii ki, qeyri-neft ixracatının dayanıqlığı baxı¬mından mühüm əhəmiyyət kəsb edir.Uğurlu göstəricilərin əldə edil¬məsində dövlətimizin başçısının rəh¬bərliyi ilə ardıcıl və sistemli surətdə həyata keçirilən sənayenin inkişafına dair Dövlət Proqramı da əhəmiyyətli rol oynayıb. Bu proqram şübhəsiz ki, ənənəvi sənaye sahələri ilə yanaşı, Azərbaycan iqtisadiyyatı üçün yeni olan kosmik, müdafiə, gəmiqayırma, alternativ enerji və digər sahələrin, həmçinin müasir istehsal infrastruktu¬runa malik sənaye zonalarının inkişa¬fını sürətləndirib. Belə vəziyyət ölkə¬nin ixrac qabiliyyətinin güclənməsinə, idxalı əvəz edən məhsulların istehsa¬lının artırılmasına da əhəmiyyətli təsir göstərib. Baş Komandan hər zaman qeyri neft sektorunun inkişafı ilə əlaqədar öz tövsiyə və tapşırıqlarını verir. Cənab prezident öz çıxışlarında qeyri neft sektorunun inkişafının və ərzaq təhlükəsizliyinin təmin edilməsinin mühüm vəzifə olduğunu vurğulayıb. Çünki indiki şəraitdə qeyri neft sektorunun inkişafı çox önəmli məsələdir. Buraya əsasən sənaye, kənd təsərüfatı, turizim və digər sahələr daxildir. Qeyri-neft sektoru inkişaf etdikcə, dövlət büdcəsinə və xarici investisiyalara müsbət təsir göstərir. İnkişaf edən sektorlar yeni maliyyə mənbələrinin formalaşmasına şərait yaradır.


Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin
ingilis dili müəllimi Fərqanə Mikayılova

Oxşar xəbərlər