Dünyanın xüsusi diqqətində olan və qlobal miqyasda mühüm əhəmiyyət kəsb edən Zəngəzur dəhlizinin açılması məsələsində İranın pozucu fəaliyyəti davam edir. Ən çox Ermənistanın özünə ciddi dividentlər gətirəcək bu dəhlizin açılmasına mane olmaq üçün Tehran İrəvana ciddi təzyiqlər göstərir.
Hətta son vaxtlar İran bu məsələyə görə Rusiya ilə münasibətlərdə də “qırmızı xətti” keçməkdədir. Heç zaman rəsmi Moskvanın ziddinə getməyən Tehran maraqlıdır ki, Zəngəzur məsələsində Rusiya ilə söz güləşdirir. O gün olmur ki, cənub qonşumuzdan şimal qonşumuza ünvanlı hansısa mesaj, qınaq, etiraz olmasın. İranın rəsmi, yaxud vaxtilə vəzifələr tutmuş şəxsləri Rusiyanı Zəngəzur dəhlizinin reallaşması istiqamətində tutduğu mövqedən çəkindirməyə çalışır. Anormallıq odur ki, son illərdə Rusiya və İran arasında yaxın münasibətlərin əməkdaşlıq formuluna çevrilməsinə, imperialist güclərin faktiki olaraq bu iki ölkəni parçalayıb, əzməyə yönəlik planlarına baxmayaraq, rəsmi Tehran da məhz Rusiyanı hədəfə alır. Əslində İran öz ərazisində ABŞ, Fransanın hərbi varlığına imkan yaradan Ermənistanı cəzalandırmalı, Qərb paytaxtlarının, xüsusilə də anti-İran koalisiyasının sərhədlərinə yaxınlaşmasına mane olmalı idi. Amma baxın, ABŞ-ın Zvartnots hava limanına enən hərbi təyinatlı yüklərini “görməyən” İranın İrəvandakı səfiri Azərbaycana qarşı qarayaxmalarla məşğuldur. Yaxud Pentaqonun İranın “qulağının dibində” - Zəngəzurda hərbi baza yaratmasına səssiz qalan Tehran rəsmiləri Zəngəzur dəhlizinin açılmasını özlərinə təhlükə saymaqla bisavad davranışlar sərgiləyirlər.
Əslində çoxları anlayır ki, Zəngəzur dəhlizi açılacaq, sadəcə, bu kimi maneələr zamanın uzadılmasına səbəb olacaq. Eyni zamanda 3+3 formatında əməkdaşlığa önəm verən Azərbaycanın irəli sürdüyü Zəngəzur layihəsi həm də bölgə dövlətləri üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan və İran üçün. Amma bütün bunlara baxmayaraq, İranın Rusiyaya təsir göstərmək cəhdləri anormallıqdır. Doğrudanmı İranda anlamırlar ki, Rusiyaya alternativlər lazımdır və bunlardan ən önəmlisi elə Azərbaycanın qərb bölgəsini Naxçıvan regionu ilə birləşdirəcək Zəngəzur dəhlizinin işə salınmasıdır. Görünən budur ki, Kreml bu məsələdə Tehranın yanlış mövqeyinin nəticələrinin fərqindədir və buna görə də molla rejimini inadından döndərməyə çalışırlar. Rəsmi məlumata görə, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Rusiyada Zəngəzur dəhlizi ilə bağlı danışıqlar aparmaq üçün Moskvaya yola düşüb. Əhmədianın Zəngəzur dəhlizi ilə bağlı Rusiya rəsmiləri ilə ikitərəfli danışıqlar apardığı bildirilir. Bununla yanaşı, o, BRİKS-ə üzv ölkələrin yüksək vəzifəli təhlükəsizlik rəsmilərinin iclasında da iştirak edəcək. Ekspertlər necə düşünür, nəticə olacaqmı? Moskva İranı inadından döndərməyə müvəffəq olacaqmı?
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov “Yeni Müsavat”a bildirdi ki, əslində əvvəllər də mövcud olmuş dəmir yol xəttinin bərpası və avtomobil yolunun çəkilməsi İranın nəinki iqtisadi maraqlarına zidd deyil, əksinə, bu yollardan istifadə etməklə İran özü də Avropaya və region ölkələrinə, həmçinin İran ərazisinə yüklərinin daşınması üçün əlavə kommunikasiya əldə edə bilər: “İran dövlətinin "beynəlxalq sərhədlərin dəyişməzliyi və istənilən geosiyasi dəyişikliklərin qəbuledilməz olması" barədə açıqlamaları, ümumiyyətlə, absurddur. Zəngəzur üzərindən kommunikasiyanın bərpası nə sərhədlərin dəyişməsinə, nə də geosiyasi dəyişikliklərə gətirmir. Yollar üzərində Ermənistanın suveren hüquqları da tanınır. Əgər yolların çəkilməsini Ermənistan öz üzərinə götürəcəksə, yolun sahibi də onlar olacaqlar və daşınmalara görə qazanc əldə edəcəklər. Əslində bu kommunikasiya Ermənistan üçün də əlverişli imkan yaradır". S.Məmmədovun sözlərinə görə, İranın kommunikasiyaların açılmasına mane olmasının səbəbləri də əslində aydındır: “Sadəcə, verdikləri bəyanatlar və açıqlamalar səbəb deyil, bəhanələrdir. Azərbaycan həmin kommunikasiyanı İran ərazisindən çəkəsi olsa, bu, İran üçün təhdid olmayacaq, amma Ermənistan ərazisindən keçsə, təhdid olacaq? Cəfəngiyyatdır. İran Türk dünyasını birləşdirəcək istənilən kommunikasiyaya qısqanclıqla yanaşır. Bu məsələdə onun üçün ən ciddi təhdidlər belə ikinci plana keçir. Ermənistanın sərhədlərini Rusiya Federal Sərhəd Xidmətinin mühafizə etməsi təhdid deyil, Avropa İttifaqının "müşahidə missiyası" adlanan hərbi-kəşfiyyat qrupu təhdid deyil, İrəvanda ABŞ-ın nəhəng səfirliyi və kiçik ölkə üçün həddən artıq diplomatik korpusa malik olması təhdid deyil, ABŞ-Ermənistan hərbi təlimləri təhdid deyil, amma Ermənistanın ərazisindən keçən qısa yollar təhdiddir? İran təəssüf ki, Azərbaycanın dost münasibətini düzgün qiymətləndirə bilmir. Münasibətlərdə qeyri-stabil mövqe tutmaqda davam edir". Ekspert qeyd etdi ki, Şimal-Cənub nəqliyyat dəhlizinin tam gücü ilə işə düşməsi ilə bağlı ləngimələrin səbəbkarı da İrandır: “Qırmızı dənizdə baş verənlər Şimal-Cənub nəqliyyat dəhlizini də, Zəngəzur dəhlizini də regionun bütün ölkələri üçün daha əhəmiyyətli edir. Təəssüf ki, İran öz-özünü blokadaya salmaqdadır. Fars körfəzində hər an vəziyyət pisləşə bilər, Qırmızı dəniz və Süveyş kanalı üzərindən yüklərin daşınmasına ciddi təhdidlər mövcuddur. Belə olan halda regionda daha çox kommunikasiyanın olması olduqca vacibdir”.
S.Məmmədov bildirdi ki, Rusiyada bunu anlayırlar və bu baxımdan, görünür, onlar İranı inandırmağa səy göstərirlər: “Hər halda, Rusiya tərəfindən verilən açıqlamalardan belə görünür. Ermənistana gəlincə, onu bir daha qeyd etməliyik ki, hazırkı hakimiyyət bir tərəfdən Avropa, o biri tərəfdən ABŞ-ın dediklərini etməyə çalışır, bu biri tərəfdən həmin dövlətlərin düşməni olan İranla müttəfiqlik edir və Rusiyadan da hərbi və iqtisadi asılılıqda qalmaqda davam edir. Acınacaqlı vəziyyətdir. Həm də region üçün belə mövqe yaxşı heç nə vəd etmir”.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov qeyd etdi ki, Zəngəzur dəhlizi ilə bağlı İranın narahatlığı və etirazları daha da genişlənir və regional ziddiyyətlərə çevrilir: “İranla Rusiya arasında müşahidə olunan gərginliyin mahiyyəti regional dominantlıq istəyi ilə izah oluna bilər. Nəzərə almaq lazımdır ki, Ermənistan üçün dəhlizin perspektivsiz olması haqqında İran tərəfi dəfələrlə çıxış edib. Burada söhbət bir nəqliyyat dəhlizinin açılmasından gedir, heç kim İranın ərazisini məhdudlaşdırmır, yaxud da İrana hər hansı mədudiyyət qoyulmur. Ona görə bu xüsusda İranın bu kimi açıqlamalarının məntiqi başa düşülmür. Faktiki olaraq "Turan dəhlizi"ni sabotaj edirlər. ABŞ, Aİ, Çin, Rusiya, İran və digər güc mərkəzlərinin mübarizəsi artıq dəhliz kontekstinə yönəlir. Məhz bu baxımdan, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian rusiyalı həmkarı Sergey Şoyqu ilə görüş keçirmişdi".
İ.Hüseynov hesab edir ki, bu tipli mübahisələrin həlli üçün ən uyğun platforma 3+3-dür: ”Yeri gəlmişkən, qeyd edim ki, regional əməkdaşlıq müstəvisində növbəti görüş qardaş Türkiyədə keçiriləcək. Əgər regionun problemləri regionda həll olunmasa, Vaşinqton, London, Paris, Berlin və Brüssel masa arxasında bizim regionun gələcəyini müzakirə edəcək. Bu baxımdan düşünürəm ki, Moskva İranı inadından döndərməyə müvəffəq olmaq üçün bütün resurslarını səfərbər etməlidir".
Diqqətçəkən budur ki, İran bəyanatlarının rəngini tündləşdirdikcə Ermənistan da Zəngəzur dəhlizi ilə bağlı yersiz israrını davam etdirir, yaxud sərsəm iddialarla çıxış edir. İşarənin verildiyi daha bir məkandır İran. Amma sonda uduzacaq. Necə ki, Azərbaycan ərazilərinin işğaldan azad olunmasına müqavimət göstərənlərdən biri də məhz müsəlman qonşumuz idi, hətta savaşın qızğın vaxtında Araz çayı boyunca hərbi əməliyyatlara mane olmağa çalışmışdı. 44 günlük müharibədən sonra da Azərbaycanı təhdid edirdi, hətta Rusiyanı da bu prosesə cəlb etmək üçün cəhdlər göstərmişdi, amma Kreml o zaman Tehrana “sarı vərəqə” göstərdi. Görək budəfəki reaksiya necə olacaq... Amma unutmaq olmaz ki, Rusiya prezidenti Azərbaycana səfərini başa vurub geri dönəndən sonra Prezident İlham Əliyevlə telefon danışığında da məhz Zəngəzur dəhlizinə xüsusi yer ayırmışdı. Bu mənada İranın Rusiyanı “Turan yolu”ndan çəkindirmək cəhdləri də “suya düşə” bilər...