
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda yeni hotelin açılışında çıxışı zamanı deyib.
R.T.Ərdoğanın sözlərinə görə, bir vaxtlar terrorçuların "at oynatdığı" yerlərdə artıq hüzur var: “İndi oralar təhlükəsizdir. İstehsal və inkişafın şahidi oluruq. İnşallah, daha gözəl günlərin şahidi olacağıq”.
O bildirib ki, ölkənin şərq və cənub-şərq bölgələrində turizm getdikcə inkişaf edir:
“Bunlar hələ başlanğıcdır. Çatmaq istədiyimiz məqsədlərimiz çoxdur. Turizm sahəsində dünya brendi olana qədər işlərimizə davam edəcəyik”.