İspaniya millisi son dəqiqə qolu ilə Avropa çempionu olub - VİDEO

İspaniya millisi son dəqiqə qolu ilə Avropa çempionu olub - VİDEO Futbol üzrə Avropa çempionatının final mərhələsi çərçivəsində İspaniya və İngiltərə milli komandaları qarşılaşıb.

Oyunun 47-ci dəqiqəsində Niko Uilyams İspaniya millisini hesabda önə çıxarıb.

Qarşılaşmanın 73-cü dəqiqəsində isə Koul Palmer matçda tarazlığı bərpa edib.

86-cı dəqidə isə Mikel Oyarzabal ispanları hesabda yenidən önə keçirib.

Bununla da İspaniya milli komandası Avropa çempionu olub.


Oxşar xəbərlər