Ermənistanda aksiyaçılarla polis arasında ciddi qarşıdurma yaşanıb. Aksiyaçıların polisə müqaviməti və kordonu yararaq, parlamentə hücum etməyə çalışması hüquq-mühafizə orqanlarının sərt və reaksiyasına səbəb olub. Polis səs və tüstü qumbaralarından da istifadə edib. Nəticədə 17 polis, 98 aksiya iştirakçısı yaralanıb, xeyli etirazçı saxlanılıb.
Ümumiyyətlə, “Vətən naminə Tavuş” hərəkatının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın başçılığı altında keçirilən mitinq və itaətsizlik aksiyalarında hər gün onlarla insan saxlanılır, polisin fiziki zorakılığına məruz qalır. Ermənistan polisi azyaşlı, qadın, yaşlı demədən bütün etirazçılara qarşı qeyri-proporsional güc tətbiq edir, bəzi hallarda isə xəsarət yetirir. Aksiyalarda müxalifət fəalları ilə yanaşı, adi vətəndaşlar, hüquq müdafiəçiləri və jurnalistlərə də polis tərəfindən zorakılıq edilir, bəziləri hətta saxlanılıb. Jurnalistlərin hadisələri işıqlandırmasına, peşə fəaliyyətini yerinə yetirməsinə mane olan polisin qanunsuz əməlləri Ermənistan Jurnalistlər İttifaqının da etirazına səbəb olub. İttifaqın etiraz bəyanatında vətəndaşların kütləvi həbsi zamanı xüsusi təyinatlı polis dəstəsinin və post-patrul xidməti əməkdaşlarının polis zorakılığını qeydə alan "24news.am" əməkdaşı Meri Manukyana zorakılıq göstərməsi, bu zaman onun huşunu itirməsi, yaxud başqa bir epizodda polis əməkdaşının pilləkənlərlə qalxan ABC Media-nın operatoru Mher Davtyanı qəsdən arxadan itələyərək yıxması, onun əlindən xəsarət almasına səbəb olması faktları sadalanır. Media nümayəndələrinə sonuncu təzyiq faktı isə mediahub.am saytının əməkdaşı Nare Qevorkyanın polis maşını tərəfindən vurulmasıdır.
Göründüyü kimi, Ermənistanda müxalifət qüvvələrinin Paşinyan hakimiyyətinə qarşı etirazları polis zorakılığı, mediaya təzyiqlər və kütləvi həbslərlə müşahidə olunur. Burada məsələ fırıldaqçı keşiş Baqratın təşkil etdiyi aksiyalar deyil, məhz Ermənistan polisinin davranışları, zorakılığı, aqressivliyi, həbsləridir. Məsələnin maraqlı tərəfi isə odur ki, “Human Rights Watch”, “Amnesty İnternational”, “Fredoom House” kimi özünü dünyanın "əsas insan hüquqlarının müdafiəçisi" elan edən təşkilatların, eləcə də beynəlxalq jurnalist təsisatlarının bunlara heç bir əsaslı reaksiya verməməsidir. Xatırladaq ki, Ermənistanla paralel siyasi gərginliyin yaşandığı, kütləvi etirazlara meydan olan qonşu Gürcüstanla bağlı isə vəziyyət fərqli idi. Qonşu ölkədə “xarici təsirin şəffaflığı haqqında” qanuna etiraz edənlərin polislə qarşıdurması şişirdilərək daim diqqətdə saxlanılırdı. Belə çıxır ki, nə qədər Paşinyan və onun başçılıq etdiyi hökumət qərbyönümlü siyasət yürüdür, Rusiyanın təsir orbitindən çıxmağa doğru gedir, Ermənistandakı aksiyalarda polis zorakılığına, həbslərə, jurnalistlərə təzyiqlərə, siyasi opponentlərin saxlanılmasına, hətta ölümünə səs çıxarılmayacaq. Azərbaycan və Gürcüstanla Ermənistan arasında qoyulan fərq bunu deməyə əsas verir. Ermənistanda baş verənlər repressiyaların, jurnalistlərə təzyiqin kiçik bir hissəsi Azərbaycanda olsaydı, bunun Qərbdə doğuracağı siyasi sunami effektini təsəvvür etmək çətin deyil.
Politoloq Qabil Hüseynli deyib ki, Qərb üçün insan haqları, media azadlığı, sərbəst toplaşma hüququ ölkələr üzrə dəyişir. Onun sözlərinə görə, hansı ölkə Qərb ölkələri, beynəlxalq institutlarla əməkdaşlıq edir, onların istədiyi kimi davranırsa, həmin ölkələrdə baş verənlərə göz yumulur:
"Hansı ölkə Qərbin iradəsinin əksinə gedirsə, orada ən kiçik nüansı belə fil boyda şişirdirlər. Ona görə də ABŞ, Fransa və digər ölkələrin, eləcə də adını hüquq müdafiə təşkilatları qoyan qurumların səsləndirdiyi bəyanatları heç kim ciddi qəbul edilməməlidir. Erməni polisi aksiyanı işıqlandıran jurnalistlərə qarşı da güc tətbiq edir. Halbuki, KİV-in sərbəst fəaliyyətinə maneələrin yaradılmaması Qərbin “önəm verdiyi” mühüm dəyərlər sayılır. Hazırda Ermənistanda bu dəyərlər ayaq altındadır. Ermənistanda baş vermiş hadisələrə beynəlxalq təşkilatların qeyri-adekvat münasibəti ikili standartlardan irəli gəlir. Biz Qərbin demokratiya maskasının yırtılmasını çox müşahidə etmişik. ABŞ və Avropa ölkələri, beynəlxalq qurumlar yenə gözünü və qulağını bağlayaraq Ermənistanda açıq-aşkar insan hüquqları pozuntusu faktlarını görməzdən gəlirlər".