Azərbaycan Ordusunun keçirdiyi uğurlu lokal hərbi əməliyyatlar Ermənistanda baş nazir Paşinyan əleyhinə etiraz dalğasının yenidən alovlanmasına səbəb olub. Sentyabrın 19-da axşam saatlarında Respublika meydanında toplaşan etirazçılar Paşinyanın istefasını tələb ediblər.
Aksiyaya “Hayastan” fraksiyasının keçmiş deputatı, “Ana Ermənistan” blokundan seçkilərə namizəd Andranik Tevonyan rəhbərlik edir. Hökümət binasının qarşısına toplaşan etirazçılar binaya daxil olmağa çalışıblar. Bu zaman polis və aksiyaçılar arasında qarşıdurma yaşanıb. Nəticədə 16-ı polis olmaqla ümumilikdə 34 nəfərin xəsarət alıb. Ermənistan Baş Prokurorluğu sosial şəbəkələrdə dövlət çevrilişinə çağırışlara görə həbslər barədə məlumat yaymağa başlayıb.
Gecə saatlarında etirazçılar hökümət evinin qarşısında çadır qurmağa başlayıblar. Onlar Paşinyan istefa verənə qədər burada qalacaqlarını bildiriblər.
Görünən odur ki, Ermənistan sülh müqaviləsinin imzalanması yolunda əngəllər yaratmaqla vətəndaş müharibəsinə sürüklənir. Daxildəki bir sıra qüvvələr Rusiyanın dolayı dəstəyilə Paşinyanı devirməyə çalışırlar.
Qeyd edək ki, Paşinyanın bir müddət əvvəl İtaliya nəşrinə müsahibəsində bir tək Rusiya dəstəyinə güvənməyin səhv olduğu barədə verdiyi açıqlaması Rusiyada ciddi narazılıqla qarşılanıb. Bu fonda Moskva yaranmış situasiyadan istifadə edərək çalışır ki, Paşinyan hakimiyyətinə son qoyulsun.
Rusiya Paşinyanı devirə biləcəkmi?
Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, Moskva Ermənistanla bağlı hər hansı bir niyyətə düşərsə, onu reallaşdıracaq:
“Azərbaycanın istədiyi odur ki, Ermənistanda sabit və sivil hakimiyyət formalaşsın və Bakı bu hakimiyyətlə sülh müqaviləsi imzalaya bilsin. Ona görə də Ermənistanda hansı hakimiyyətin gedib, hansının gəlməsindən asılı olmayaraq, Azərbaycanın mövqeyi dəyişməyəcək”.
Deputat deyir ki, Paşinyan öz səhvlərinin qurbanına çevrilə bilər:
“Çünki bu hakimiyyət üçtərəfli bəyanatın tələblərini yerinə yetirməmək, sülhdən imtina etmək, Zəngəzur dəhlizini açmamaqla vəziyyəti daha da gərginləşdirdi. Beləliklə də regionda sülh və rifahın əldə olunmasına qarşı çıxdı. Azərbaycan bütün hallarda Ermənistanın üzərinə götürdüyü öhdəliklərinin yerinə yetirməsinə nail olacaq.
Amma hazırkı mərhələdə Ermənistanda hökm sürən xaos Azərbaycanın maraqları çərçivəsində deyil. Bu ölkədə hakimiyyətin dəyişməsilə də erməni vandalizmi düzələn və ölkəmizə münasibətdə azərbaycanfobiya birdən-birə siyasi şüurdan silinən deyil. Ermənistanda Rusiya faktoru güclüdür. Rusiya Ermənistanla bağlı hər hansı bir niyyətə düşərsə, onu reallaşdıra bilər”.