28 May – Azərbaycanın şanlı tarixidir

28 May – Azərbaycanın  şanlı tarixidir 1918-ci il 28 may tarixində həm Azərbaycanın, həm də bütüb Şərq dünyasının tarixində mühim hadisə baş verdi. Uzun illər imperiya əsarətində olan müsəlman xalqlarından biri kimi Azərbaycan xalqı öz müstəqilliyi haqqında qərar verdi. Xalqımız əsrlər sonra da tarixdə iz qoyacaq tarixi qərara imza atdı. Azərbaycan xalqı öz taleyini özü həll etdi
M.Ə.Rəsulzadə, F.Xoyski, Ə.Topçubaşov, N.Yusifbəyli və s. kimi dahi mütəffəkirlərimiz,dahi siyasi xadimlərimiz bütün Şərqdə ilk respublika quruluşunun əsasını qoydular. Türklük ,islamçılıq və müasirlik məfkurəsinə əsalanan bir dövlətin bünövrəsi qoyuldu.Şərqdə ilk demokratik quruluşlu dövlət yarandı.Azərbaycan Xalq Cümhuriyyəti müsəlman aləmində ilk hüquqi,dünyəvi və respublika idi.
Mayın 28-də İstiqlal Bəyannaməsi xalqımızın müqəddəratının özü həll edə biləcəyinin sübutu idi. 23 ay mövcud olan AXC milli dövlətçilik ənənələrinə əsaslanaraq bir sıra ilklərə imza atdı. Milli ordunun təşkili, Bakı Dövlət Universitetinin yaradılması, milli kadrların Avropa dövlətlərinə təhsilə göndərilməsi, qadınlara seçki hüququnun verilməsi ,Dövlət bayrağı, Azərbaycan Milli Marşı haqqında qanunların qəbul edilməsi Cümhuriyyətimizin bu gün də bizə qoyduğu ən böyük mirasdır.
23 ay mövcud olmasına baxmayaraq, AXC xalqımıza istiqlalın , müstəqilliyin nə demək olduğunu anlatdı, Azərbaycan tarixində qızıl hərflərlə yazılan tarixin şanlı səhifəsi oldu. XI Qızıl ordunun işğalından sonra dünyanın müxtəlif yerlərində mühacirətdə yaşayan siyasi liderlərimiz qəlblərində milli məfkurəmizi hər zaman yaşatmışlar. Milli qürurumuz olan AXC-nin amalları ilə yaşamışlar. Azərbaycançılıq ideyalarından son nəfəsinə kimi əl çəkməyən M.Ə.Rəsulzadənin, C.Hacıbəylinin, Ə.Topçubaşovun arziları 1991-ci 18 Oktyabrda müstəqilliyimizin bərpası ilə yenidən çiçəkləndi. Mühacirətdə illərlə qoruduqları üçrəngli bayrağımız yenidən Azərbaycanın göylərində dalğalandı.Ulu Öndərimiz Heydər Əliyev hələ Sovet dövləti dağılmazdan öncə üçrəngli bayrağımızı ucaltdı. Əsası Cümhuriyətimizin baniləri tərəfindən qoyulan Azərbaycançılıq ənələri Ümummilli liderimiz tərəfindən daha da inkişaf etdirildi. Tarixi köklərimizə və ənələrimizə əsaslan Azərbaycan indi daha da sarsılmazdır ,qüdrətlidir.

Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Humay Vəliyeva


Oxşar xəbərlər