Müsəlman şərqində ilk dünyəvi demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cumhuriyyəti 1918-1920-ci illərdə 23 ay ərzində mövcud olmuşdur. Şərqdə ilk demokratik parlamentli respublika olmaqla yanaşı bu xalqımızın tarixində mühüm bir hadisə idi. Çətin beynəlxalq şəraitdə müstəqilliyini elan etmiş və hərbi köməyə ehtiyacı olan Cumhuriyyətin ilk uğurlu addımı Osmanlı ilə dostluq müqaviləsinin bağlanması idi. Cümhuriyyət xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq bu dövr üçün mütərəqqi hesab edilən dövlət təsisatlarının yaradılmasina nail olmuşdur. Bu dövlət iqtisadiyyat mədəniyyət hərbi quruculuq təhsil və digər sahələrdə həyata keçirdiyi fəaliyyəti ilə Azərbaycan tarixinin parlaq səhifəsidir.
Azərbaycan Xalq Cumhuriyyətinin 1918-ci il may ayının 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsi bütün türk müsəlman dünyasında ümumiyyətlə bütün şərqdə ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun parlamentli respublika yaradılacağından xəbər verirdi. Bəyannaməyə əsasən milliyyətindən məzhəbindən sinfindən silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarını siyasi hüquqlar və vətəndaşlıq hüququ ilə təmin edir. Azərbaycan hökuməti öz fəaliyyətinin mühüm bir hissəsini dövlət müstəqilliyinin qorunub saxlanılması eləcə də xarici müdaxilənin qarşısının alınması üçün ordu quruculuğuna yönəltmişdi. 1918-ci ilin 26 iyununda müsəlman hərbi korpusunun Azərbaycan korpusuna çevrilməsi ilə faktiki olaraq ilk milli ordu yaradıldı. Milli Şura bir gün sonra novbəti mütərəqqi qərar qəbul etdi-Cümhuriyyətin dövlət dili Azərbaycan dili oldu.
Mürəkkəb beynəlxalq şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq xalqımızın inkişafını əbədi etməyə çalışan Cümhuriyyət hökuməti elmin təhsilin xalq maarifinin səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. Sosial-iqtisadi yönümlü islahatların keçirilməsində mühüm addımlar məktəblərin gimnaziyaların kitabxanaların xəstəxanaların açılması idi. Bakı Dövlət Universitetinin təsis edilməsi haqqında verilən qanun isə tarixi bir xidmət idi. Tarixi şəraitin doğurduğu qarışıqlıqlar içərisində itirilmiş milli dövlətçiliyimiz yenidən XX əsrin sonunda bərpa edildi.
Bakıxanov qəsəbəsi, 72 saylı məktəb-liseyin
tarix müəllimi Aygül Əfəndiyeva