Avropa təşvişdə: Terror dalğasından qorxurlar

Avropa təşvişdə: Terror dalğasından qorxurlar Moskvada "Crocus City Hall" konsert zalında baş verən terror aktından sonra Avropa ölkələri ciddi təşviş içərisindədirlər. Hesab edirlər ki, növbəti terror dalğası Avropa ölkələrini, xüsusən də Almaniyanı bürüyəcək.

Bu barədə "Bild" yazır. Nəşrin məlumatına görə, "İslam Dövləti Xorasan əmirliyi" hücuma görə məsuliyyəti öz üzərinə götürüb - hazırda təhlükəsizlik xidmətlərinin məlumatına görə, bu, İŞİD-in ən təhlükəli qruplaşmasıdır.

Təhlükəsizlik və kəşfiyyat qurumları əmindirlər ki, İŞİD-Xorasan Almaniya və digər Qərbi Avropa ölkələrində terror aktları planlaşdırır.

Nəşr onu da qeyd edib ki, Almaniyanın dövlət təhlükəsizlik rəsmiləri hətta terror hücumları dalğasından qorxurlar.

Oxşar xəbərlər