Azərbaycan qonşu ölkə olan Gürcüstanla münasibətlərə xüsusi önəm verir

Azərbaycan qonşu ölkə olan Gürcüstanla münasibətlərə xüsusi önəm verir Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü olub.Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub.Gürcüstanın Baş nazirinin ölkəmizə rəsmi səfərinin əməkdaşlığımızın daha da genişlənməsi işinə töhfə verəcəyi bildirilib.
Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Bildiyimiz kimi Azərbaycan və Gürcüstan müstəqil güclü dövlətlərdir . Bu iki dövlət hər daim bir-birinin yanındadır.Azərbaycan və Gürcüstanın dostluğu qədim tarixə malikdir . Hazırkı dövrdə hər iki ölkə öz inkişafını təmin edən Avrasiya üçün önəmli olan dövlətlərdir . Nəqliyyat sahəsində yaradılan yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz yollar açacaq. Bakı-Tbilisi-Qars dəmir yolu bir-iki aydan sonra fəaliyyətə başlayacaq buda bizim böyük nailiyyətlərimizdən biridir. Qardaş ölkə olan Türkiyə də Cənub qaz layihəsi üçün önəmli yer tutan ölkələrdən biridir . Ölkəmizin qazı Gürcüstan yolu ilə bir çox ölkələrdə çıxış əldə edir . Hazırda dünya üzrə 8 ölkə Azərbaycan qazını alır. Bu sayın illər keçdikcə daha da çox olacağına ümidimiz böyükdür. Avropa inkişaf etdikcə Azərbaycanın qazına olan təlabatı da yüksələcək. Azərbaycan və Gürcüstan təkcə inkişaf sahəsində yox həmçinin ərazi bütövlüyünü qorunması mövzularında da bir-birinə böyük dəstək verir.
Prezident İlham Əliyev bildirib ki ticarət dövriyyəmiz artıq 900 milyon dollara yaxındır. Keçən ilə nəzərən artım təxminən 15 faizdir.
Mətbuata verilən bəyanatda Gürcüstan – Azərbaycan münasibətlərinə dair bəzi fikirlər səslənib.
Azərbaycan qonşu ölkə olan Gürcüstanla münasibətlərə xüsusi önəm verir.
Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, Gürcüstan mühüm rol oynayır.
Bu iki ölkə arasında humanitar sahədə xüsusi əməkdaşlıq vardır.
Bunuda unutmaq olmazki 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoymuşdur.

Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
texnologiya müəllimi Aida Hüseynova

Oxşar xəbərlər