Tarixi Zəfərimizdən sonra Azərbaycan xalqı bu dəhşətli soyqırımının ildönümünü artıq fərqli şəkildə anır

Tarixi Zəfərimizdən sonra Azərbaycan xalqı bu dəhşətli soyqırımının ildönümünü artıq fərqli şəkildə anır
26 fevral 2024-cü il Azərbaycan tarixinə ilk dəfə olaraq son 32 ildə tam başqa ab-havada daxil oldu. Bunun da səbəbi Müzəffər ali baş komandanın parlaq xarici siyasəti, uğurlu antiterror əməliyyatə nəticəsində 23 saat ərzində Xankəndi və Xocalı kimi qədim torpaqlarımızın azad olunması idi. 1992-ci il Xocalı qətliamından sonra ilk dəfə idi ki, xalq rahat nəfəs aldı, Xocalının intiqamı böyük təsəlli oldu. Prezident İlham Əliyevin 26 fevral tarixində Xocalıya səfəri bu həqiqətin yüksək nəticəsi oldu.
Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırım Memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Heydər Əliyev Fondu yarandığı 2004-cü ildən etibarən Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində dövlət tərəfindən görülmüş tədbirlərə dəstək olaraq bir sıra layihələr həyata keçirib. 2008-ci ildən isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası həyata keçirilir. “Xocalıya ədalət!” kampaniyasının sistemli fəaliyyətinin nəticəsidir ki, dünyanın bir sıra ölkələri Xocalıda ermənilər tərəfindən törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qərar və qətnamələr qəbul edib.
Tarixi Zəfərimizdən sonra Azərbaycan xalqı bu dəhşətli soyqırımının ildönümünü artıq fərqli şəkildə anır. Ermənilər tərəfindən işğal edilmiş torpaqlarımızın Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən azad edilməsi nəticəsində Xocalı soyqırımı qurbanlarının, həmçinin Vətən uğrunda həlak olmuş digər şəhidlərimizin qanı yerdə qalmadı, qisası alındı. Qanlı faciənin törədildiyi Xocalıda yaradılacaq Soyqırımı Memorialı isə faciə qurbanlarının, Vətənin müdafiəsi uğrunda həlak olan qəhrəmanlarımızın xatirəsinə ehtiram olmaqla yanaşı, bu qətliam barədə həqiqətlərin dünyaya çatdırılmasına və tariximizin yaşadılmasına xidmət edəcək.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuz böyük peşəkarlıq, cəsarət göstərdi. Bütün dünya ordumuzun qəhrəmanlığının şahidi oldu. Bunun sayəsində bu gün Qarabağda, işğaldan azad edilmiş bütün ərazilərimizdə yenidənqurma, abadlıq-tikinti işləri sürətlə davam etdirilir. Bu işlər həm Ermənistana, həm də onun havadarlarına gözdağıdır. Artıq Ermənistanın yeganə yolu Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir. Prezident İlham Əliyev görüşün sonunda bildirdi: Çox sağ olun. Bu diyarın, bu bölgənin artıq yeni, parlaq tarixi var, o da 20 sentyabr - Xocalının, Xankəndinin azad olunması günüdür. 26 fevral dəhşətli, faciəvi bir gün kimi heç vaxt bizim yaddaşımızdan silinməyəcək. Amma artıq siz də qeyd etdiyiniz kimi, təbiət də sözünüzə qüvvət verir, 20 sentyabr artıq bu bölgənin əsas azadlıq və bayram günüdür.
Azərbaycan cəmiyyəti prezidentin Xocalı səfərini diqqətlə izləyib, olduqca yüksək səviyyədə, birmənalı şəkildə müsbət qiymətləndirib.


Zabrat qəsəbəsi, 75 saylı tam orta məktəbin
tarix müəllimi Asif Hüseynov

Oxşar xəbərlər