Bu, İraq Prezidentinin Azərbaycana ilk səfəridir.
Bundan öncə ,bu il iyulun 18- də İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani Azərbaycanda səfərdə olub.
1992 -ci il yanvarın 2-də İraq Azərbaycanın müstəqilliyini tanıyıb.
30 mart 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlər qurulub. 1992 -ci ildə Sovet İttifaqı dövründəki İraqın Bakıdakı diplomattik nümayəndəliyi Baş Konsulluq səviyyəsindən Səfirlik statusuna qaldırılıb. 2016-cı ilin oktyabr ayında Bağdad şəhərində Azərbaycanın səfirliyi fəaliyyətə başlayıb.
Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə geniş tərkibdə görüşü olub. Elə həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.Azərbaycan ilə İraq arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında beş sənəd imzalanıb.
Azərbaycana rəsmi səfər edən İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid noyabrın 21-də dünya mədəni irs abidələrindən biri olan İçərişəhərlə də tanış olub.
İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycan Respublikasına rəsmi səfəri noyabrın 21-də başa çatıb.
Əminik ki, bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək.
Sabunçu qəsəbəsi, 170 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Zahidə Əzizova