MDB çərçivəsində fəaliyyət cənab prezident İlham Əliyevin xarici siyasətinin prioritet istiqaməti olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev iyulun 12-də Prezident sarayında MDB-nin icraçı katibi Vladimir Ruşaylonu qəbul etmişdir. Görüşdə MDB çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur. MDB-nin icraçı katibi iqtisadi inteqrasiyanı əməkdaşlığın çox mühüm istiqaməti olaraq qaldığını və bu inteqrasiyanın inkişaf etdirilməsi üçün var qüvvəsi ilə səy göstərəcəyini bildirmişdir. Vladimir Ruşaylo humanitar sahəni, beynəlxalq terrorizmlə, narkotiklərin qanunsuz dövriyyəsi, mütəşəkkil cinayətkarlıqla mübarizəni əməkdaşlığın əsas istiqamətləri adlandırmışdır. Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını – Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin ghhjdirektoru, MDB dövlətlərinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının sədri Aleksandr Bortnikovu, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkini, Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin sədri İvan Terteli, Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sədri Yermek Sagimbayevi, Qırğızıstanın Baş nazirinin müavini, Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyevi, Özbəkistanın Dövlət Təhlükəsizlik Xidmətinin sədri Abdusalom Azizovu, Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Saymumin Yatimovu və MDB-yə üzv dövlətlərin Antiterror Mərkəzinin rəhbəri Yevgeniy Sısoyevi qəbul edib.
Görürüşdə İlham Əliyev bildiribki, Bakıda keçirilən tədbir qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsi işinə xidmət edəcək və gələcək əməkdaşlığa daha bir töhfə olacaq. Əlamətdar haldır ki, sizin iclasınız dövlət başçılarının da ünsiyyətinə və qarşılıqlı fəaliyyətimizin çox mühüm məsələlərinin müzakirəsinə kömək edəcək MDB-nin növbəti sammiti ərəfəsində keçirilir. Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib. Bütün istiqamətlər üzrə və əlbəttə, təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində sıx təmaslar mövcuddur. Sizin işiniz, həmçinin həmkarlar arasında qarşılıqlı fəaliyyət hazırkı mürəkkəb beynəlxalq şəraitdə xüsusi əhəmiyyətə malikdir, çünki təhdidlər artır, yeni qeyri-sabitlik ocaqları yaranır və ölkələrimizin sabitliyi və təhlükəsizliyi bir çox hallarda sizin strukturların operativ işindən asılıdır.
Cənab prezident İlham Əliyev “Dağlıq Qarabağ “ la məsələyə bir daha aydinliq gətirərək bildiribki,bele qurum tarixdə heç vaxt mövcud olmayib. Eyni zamanda 44 günlük İkinci Qarabağ müharibəsi və “Antiterror əməliyyat”ı ilə bağlı Azərbaycanın öz sərhədlərinin bərpası uğrunda qəhrəmanlığından danışdıqdan sonra sözlərini yekunlaşdırıb. Sonda onu da demək istərdim ki, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına gəldikdə, biz buna hazırıq. Biz sülh sazişi üzərində işi davam etdirməyə hazırıq. Erməni tərəfinin Rusiya Federasiyasının vasitəçiliyindən imtina edəcəyi təqdirdə, düşünürəm ki, Azərbaycan ilə Ermənistanın xarici işlər nazirləri arasında birbaşa danışıqlar alternativ ola bilər. Hər hansı digər platformalar öz xidmətlərini təklif edən həmin ölkələrin Azərbaycana deyil, həqiqətə, haqlı mövqeyə və beynəlxalq hüquqa münasibəti nəzərə alınmaqla tərəfimizdən təhlil ediləcək. Sonda qonaqlarin hər biriniə bu çətin bir zamanda vaxt taparaq gəldikləri üçün öz minnətdarliğını bildirib.
Daim operativ informasiya mübadiləsinin aparılmasının önəmini də xüsusi qeyd edən Azərbaycan Prezidenti deyib: “İnformasiya, o cümlədən onun qəbul edilməsi və ona reaksiya verilməsi baxımından böyük əhəmiyyətə malikdir. Əlbəttə ki, ölkələrimiz arasında sıx qarşılıqlı fəaliyyət əməkdaşlığın səmimi, məqsədyönlü, nəticəyə və mümkün təhdidlərin profilaktikasına və ya aradan qaldırılmasına yönəlmiş əməkdaşlıq üçün gözəl imkanlar yaradır”.
Azərbaycanın həyata keçirdiyi siyasətin səciyyəvi cəhətlərindən biri də ondan ibarətdir ki, respublikamız MDB-yə daxil olan ayrı-ayrı dövlətlərlə ikitərəfli əməkdaşlığın dərinləşməsinə də böyük önəm verir.
Azərbaycan Respublikası beynəlxalq aləmdə mövqeyini möhkəmləndirir, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirir, ikitərəfli və regional əməkdaşlıq sahəsində böyük uğurlar əldə edir.
Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin
tarix müəllimi Rihaz Əsədov