Cənab Prezident İlham Əliyev idarəçiliyinin müxtəlif dövrlərində fərqli məqsədlərlə həm ölkəxarici, həm də ölkədaxili bir çox səfərlər etmişdir. Bunlara qısa müddət ərzində baş tutmuş Türkiyə, Bolqarıstan, Litva, Belçika, Moldova, Macarıstan, Tacikistan, Gürcüstana və digər dövlətlərə olan rəsmi və işgüzar səfərləri göstərə bilərik.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə oktyabrın 8 – də Gürcüstana işgüzar səfərə gəlib. Azərbaycanın və Gürcüstanın Dövlət bayraqlarının dalğalandığı Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdür. Azərbaycan Prezidentini Gürcüstanın Baş nazirinin müavini , iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və digər rəsmi şəxslər qarşılamışdır.
2023-cü ilin oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşmüşdür. Görüş zamanı Prezident İlham Əliyev Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “The Architect of Prosperity” – “Firavanlığın memarı” adlı fotosərgi ilə tanış olmuşdur. Dövlətimizin başçısına və Gürcüstanın Baş nazirinə sərgi ilə bağlı məlumat verilmişdir. Sərgidə Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə qayğısını , gənclərlə görüşlərini əks etdirən fotolar yer almışdır.
Oktyabrın 8-də Tbilisidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvalinin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə nahar verilib.
Prezident İlham Əliyev çıxışı zamanı Gürcüstanan xalqının qonaqpərvərliyindən , füsunkar təbiətindən danışmışdır. Eyni zamanda çıxışı zamanı Gürcü xalqının Gürcüstanın ən böyük sərvəti olduğunu vurğulamışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından bir hissə: “Biz iki lider kimi ölkələrimiz və xalqlarımız arasındakı dostluq , qardaşlıq əlaqələrini gücləndiririk, möhkəmləndiririk , öz səylərimizi əsirgəmirik və cənab Baş nazir qeyd etdiyi kimi bizim ənənəvi görüşlərimiz bu məqsədə xidmət edir ki , ölkələrimiz bir – birinə daha yaxın olsun , xalqlarımız daha da sıx bir – biri ilə dostluq etsin. Əsrlər boyu bizim xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışdır. Bu gün də bu, belədir və bu həm ölkələrimiz üçün vacibdir. Eyni zamanda bölgə üçün , o cümlədən ilk növbədə Cənubi Qafqaz üçün çox vacib olan bir şərtdir”.
Prezident İlham Əliyev çıxışında bununla yanaşı Ulu Öndər Heydər Əliyevin xatirəsinə Gürcüstan höküməti və xalqı tərəfindən göstərilən hörmətə görə Baş nazirə öz təşəkkürünü bildirmişdir.
Prezident İlham Əliyev üç il bundan əvvəl İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi haqqında məlumat verdikdən sonra bir neçə ölkə və eyni zamanda , bəzi Beynəlxalq təşkilatların Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəklərini göstərməyə çalışdıqlarını qeyd etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri oktyabrın 8-də başa çatıb. Azərbaycan Prezidentini Gürcüstanın Baş naziri İrakli Qaribaşvili yola saldı.
Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin
biologiya müəllimi Leyla Məmmədova