[medium]https://PressMedia.az/uploads/posts/2023-10/1696231844_305620260_430785399148235_4735867113914013303_n.jpg[/medium]
Zaman keçdikcə, xalqın həyat və təfəkkürü dəyişdikcə, inkişaf etdikcə təhsildə dəyişir, inkişaf edir. Təbii ki, hər bir millət öz istiqlaliyyət və azadlığınısaxlamaq uğrunda mübarizə apararkən həm də təhsil və mədəniyyətini qoruyub saxlayır.
Bu gün təhsil, məktəb və tərbiyə yalnız mədəni cəhətdən deyil, həm də siyasi həyat, təsərrüfat üçün də böyük əhəmiyyətə malikdir. Təsadüfi deyildir ki, bu və ya başqa bir xalqın, millətin mədəni inkişafı onun elm, maarif və texniki səviyyəsi ilə təyin edilir.
Müstəqil dövlətimizin təhsili də daim inkişaf edir, yenilənir. Təhsil sahəsində aparılan islahatlar, qabaqcıl texnologiyaların tətbiqi Azərbaycan təhsilini yeni səviyyəyə qaldırmışdır. Sabirabadda da təhsil uğurla inkişaf edir. Burada qabaqcıl məktəblər çoxdur. Onlardan biri də Sabirabad rayonu Həşimxanlı kənd tam orta məktəbidir. Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Sabirabad rayonu Həşimxanlı kənd tam orta məktəbinin direktoru Naqil İsgəndərov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Naqil İsgəndərov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Naqil İsgəndərov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
Sabirabad rayonu Həşimxanlı kənd tam orta məktəbinin direktoru Naqil İsgəndərov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Naqil İsgəndərovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Naqil İsgəndərov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Sabirabad rayonu Həşimxanlı kənd tam orta məktəbinin direktoru Naqil İsgəndərova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Naqil İsgəndərov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Naqil İsgəndərov özünü doğruldub. Bizdə hörmətli Naqil İsgəndərovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.