Fransadan Azərbaycana qarşı daha bir absurd ittiham irəli sürülüb. Bu dəfə diqqət mərkəzinə düşmək istəyən şəxs isə ölkənin keçmiş prezidenti Fransua Olland olub.
O, “daha yüksək səslə” danışmağı və “sürətli hərəkət” etmək barədə fikirlər bildirib.“Humanitar risk, tamamilə ilhaq edilmiş bölgə və təhlükə altında olan ölkə var. Növbəti addım Azərbaycanın Ermənistan tərəfindən ələ keçirilməsi ola bilər: Ərdoğan və Putin Əliyevə kart-blanş veriblər. Etnik təmizləmə aparıldı”, - deyə ağ yalan söyləyib.
Maraqlıdır, BMT müşahidəçiləri niyə etnik təmizləmə faktını aşkar etməyiblər? Yaxud 1 milyondan çox azərbaycanlının öz yurd-yuvasından didərgin salındığı 90-cı illərin əsl etnik təmizləməsinə niyə susurdular?
Erməniləri kim qovub? Azərbaycan öz ərazisində erməni terrorçularının olmasına qarşıdır, əgər Qarabağ erməniləri özləri heç bir təzyiq olmadan Qarabağı tərk etmək qərarına gəliblərsə, onların qarşısını kəsmək quldurluq olardı.
Hətta "Əl-Cəzirə" müxbiri də reportajında bildirir ki, Qırmızı Xaç və beynəlxalq strukturların əməkdaşları erməni əhalisinə qarşı zorakılıq və onların Azərbaycan Silahlı Qüvvələri tərəfindən qovulması faktını təsdiqləmirlər. Maraqlıdır ki, bunu Fransanın AFP xəbər agentliyinə müsahibə verən şahidlər də təsdiqləyir.
Yeri gəlmişkən, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu Baş Katibi Mixail Qorbaçovun azərbaycanlıların Ermənistandan vəhşicəsinə qovulmasından danışdığını əks etdirən görüntülər yayılıb. O deyir ki, azərbaycanlıların zorla qovulmasında respublika rəhbərliyi və hüquq-mühafizə orqanları iştirak edib. Özü də emosional şəkildə söyləyir:
“Mən sizin qarşısızda yalan danışmaqla məşğul olmayacağam ki! Axı məndə olan bütün sənədlər bunu sübut edir….”
Samir Mirzə (Miri)