Məlumat üçün bildiririk ki, 22 sentyabr 2023-cü il tarixdə Zoom platformasında “Əbədi Birlik” Gənclər İctimai Birliyinin təşkilatçılığı, BZT Akademi, Turan Akademi, Gənclərin Töhfəsi İctimai Birliyi və Türk Dünyası İzləmə Mərkəzinin dəstəyi ilə: Azərbaycan-Türkiyə-Şimali Kipr “3 Dövlət, Tək Millət” adlı Forum keçirildi.
Şimali Kipr Türk Respublikasının Məclisinin sədri Zorlu Töre tədbir iştirakçılarını salamlayaraq, hər üç dövlətin də soykökünə bağlı bir toplum olduqlarını və eyni taleyi, eyni kədəri paylaşdıqlarını vurğuladı. Həmçinin Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Respublikasının tarixinin, mədəniyyətinin gənc nəsil arasında, xüsusilə türk dilli QHT-lər arasında təbliğinin böyük önəmə malik olduğunu bildirdi. O öz çıxışında: “Avropa dövlətlərinin birliyi var, ərəb dövlətlərinin birliyi var, Skandinaviya dövlətləri birliyi var, niyə türk dövlətləri birliyi olmasın?” - sitatını rəhbər tutaraq: “Mən türk millətinin vəkiliyəm, özünü türk olaraq görən hər kəsin vəkiliyəm!” - deyə bildirdi.
Türkiyədən Bursa deputatı, TÜRKPA Hüquq Məsələləri və Beynəlxalq Əlaqələr Komissiyasının sədri Osman Mesten tarixdən bu yana türklərə qarşı edilən haqsızlıqlar və parçalama siyasətindən danışaraq birlik nümayiş etdirməyimizin əsaslığını, mənfur qüvvələrə qarşı birlikdə hərəkətə keçməyimizin vacib olduğunu bildirdi. Eyni zamanda “Türkiyə Yüz Yılı” layihəsinin sadəcə Türkiyə üçün deyil bütün türk dünyasına həsr olunacaq “Türk Yüz Yılı” olacağını və türk dövlətlərinin dünyaya sülh və ədalət gətirəcəyini vurğuladı.
BMT-nin tərəfdaşı Beynəlxalq İnsan Hüquqları və Müdafiə komitəsinin eksperti, “Əbədi Birlik” Gənclər İctimai Birliyinin fəxri üzvü Mirdaməd Əzizov isə Beynəlxalq təşkilatlarda türk dilli dövlətlərlə bağlı qəbul olunan və həyata keçirilməsi planlaşdırılan bəyannamə və qətnamələr barədə geniş təqdimat etdi. O Azərbaycan-Türkiyə-Şimali Kipr dövlətləri arasındakı dostluq və qardaşlıq əlaqələrinin intensivliyinə və türk dilli dövlətlərin müştərək layihələr keçirməsinin vacibliyi haqqında danışdı.
“Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev layihənin məqsədi və Azərbaycan-Türkiyə-Şimali Kipr Türk Respublikası arasındakı üçlü tərəfdaşlığın inkişafı, “ 3 Dövlət, Tək Millət” sitatının vacibliyi barədə geniş məlumat verdi. O Zəngəzur dəhlizinin açılmasının türk dünyası dövlətləri və xalqlarının inkişafı üçün vacibliyindən söz açaraq türk dilli dövlətlərin dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin sıx olaraq güclənməsi üçün çalışmalı olduqlarını vurğuladı. Layihənin məqsədi – Azərbaycan-Türkiyə-Şimali Kipr dövlətlərinin müştərək fəaliyyətlərindən qazanılacaq töhfələri təbliğ etmək, birlik və bərabərliyimizi möhkəmləndirməkdən ibarətdir.
“Əbədi Birlik” Gənclər İctimai Birliyinin Şimali Kipr Türk Respublikası üzrə nümayəndəliyinin sədri Serdar Şengül layihənin keçirilməsi ilə bağlı olaraq iştirakçılara məlumat verdi, Azərbaycan-Türkiyə-Şimali Kipr dövlətlərinin əzəli və əbədi dostluq münasibətlərindən danışdı, Azərbaycan - Ermənistan və Şimali Kipr Türk Respublikası - Cənubi Kipr Yunan İdarəçiliyi arasındakı münaqişələrin oxşarlıqları haqqında məruzə etdi.
Layihənin tərəfdaşı olan “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev Turana gedən yolda görülən işlərdən, həmçinin bu istiqamətdə atılacaq addımlar barədə məlumat verdi. Bu yolda təkcə dövlətlər arası əməkdaşlıqların deyil, eyni zamanda QHT-lər arasında da birgə əməkdaşlıq halında keçirilməli olan layihələrin vacibliyindən söz açdı.
BZT Akademinin Orta Asiya və Qafqaz üzrə nümayəndəsi Fərahilə Şükürova-Babayeva isə tarixən türk xalqlarına qarşı edilən düşmənçilik, onların arasına nifaq və mənfi emosiyalı düşüncələrin salınmasında rolu olan mənfur düşmənlərimizdən və bu mövzuda ediləsi addımlardan danışdı.
Türkiyənin “Türk Dünyası İzləmə Mərkəzi”-nin koordinatoru Ömər Faruk Arslan, “Əbədi Birlik” Gənclər İctimai Birliyinin Diplomatiya komitəsinin sədri Aydan Rüstəmli və digər türk dilli ölkələrdən qatılan gənclər sual-cavab sessiyasında fəal iştirak etdilər.