44 gündə yazılan qızıl tarixə həsr olunaraq - cənab Prezidentimiz İlham Əliyevin “Bu birlik əbədi olacaq!” sitatını rəhbər tutaraq məhz 1 avqust 2021-ci il tarixində "Əbədi Birlik" Gənclər İctimai Birliyinin təməli atıldı.
Bu gün isə gənclərin ümumi məqsədlər, dəyərlər və ya ideallar ətrafında işləmək və birlikdə hərəkət etmək üçün bir araya gəldiyi, Azərbaycanın Bakı və digər regionlarında, qardaş Türkiyədə dövlət və dövlətçilik naminə layihələr keçirən təşkilat halına gəlib.
Bu əlamətdar gün münasibəti ilə başda birliyin sədri Şahin Əliyevi və təşkilatın hər bir üzvünü təbrik edir, Azərbaycan və türk dünyası ilə bağlı layihələrin təşkilində və genişləndirilməsində yaxından iştirak etdikləri üçün onlara təşəkkür edirik!
2 ildir Əbədi Birlikdə!
#2ildirəbədibirlikdə #ebedibirlik2023