2020-ci ilin sentyabr–noyabr aylarında Azərbaycan Silahlı Qüvvələrinin başladığı hərbi əməliyyatlar nəticəsində 26 ildən çox dondurulmuş olan münaqişə yenidən alovlanmışdır. 44 gün ərzində Azərbaycan Ordusu yeddi bölgəni-Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam və Laçın rayonlarını, həmçinin Şuşa şəhərini tamamilə, Xocavənd və Kəlbəcər rayonlarının geniş hissəsini, Xocalı və Tərtər rayonlarının isə bir hissəsini işğaldan azad eləmişdir. Hərbi əməliyyatlar 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının arasında imzalanan üçtərəfli bəyanatla başa çatmışdır.
Bununla belə müharibədən sonra Azərbaycan-Ermənistan sərhəddində böhran başlamışdır. 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradılmışdır. Danışıqlar böhran və bölgədə ara-sıra baş verən silahlı toqquşmalarla müşahidə olunmuşdur. 2021-ci ilin noyabrında sərhəddə birinci silahlı toqquşmalar baş vermişdir. Müharibədən sonra əli qanlı toqquşma 2022-ci ilinn sentyabrında sərhəddə baş vermişdir və ümumi olaraq 300-dən çox insanın ölümünə səbəb olmuşdur. 2023-cü ildə isə tərəflər əvvəlcə martda Şuşa istiqamətində sonra isə apreldə və mayda sərhəd istiqamətində toqquşmuşdur. Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu xüsusda, döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər tərəfimizdən aparılan müşahidələrlə təsbit edili.
Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olub. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanıb. Bu kimi faktlar Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamıdır.
Buna cavab olaraq Azərbaycan ordusu Xankəndində mərkəzləşən və Ermənitan tərəfindən təşkilatlandırılan separatçı-terrorçu qüvvələrə qarşı lokal əməliyyatlara başladı. Lokal əməliyyatlar cəmi bir gün davam edərək terrorçu birləşmələrinin tam məğlubiyyəti ilə başa çatdı. 44 günlük müharibədə olduğu kimi bu əməliyyatlar zamanı da Azərbaycan xalqı, bütün siyasi partiyalar, qeyri dövlət təşkilatları birmənalı şəkildə Azərbaycan dövlətini, onun prezidenti Ali baş komandan cənab İlham Əliyevi dəstəklədi. Xalq öz ordusu və onun başçısı İlham Əliyevlə fəxr edir.
Zabrat qəsəbəsi X.Vəliyev adına 75 saylı tam orta məktəbin
direktor müavini İsmət Qurbanov