Polisin tutduğu Pərviz TikTok-da bu məlumatları yayırdı - ŞOK - VİDEO

Polisin tutduğu Pərviz TikTok-da bu məlumatları yayırdı - ŞOK - VİDEO Xəbər verdiyimiz kimi, “TikTok” platformasında feyk profillər vasitəsilə döyüş əməliyyatları və itkilər olması ilə bağlı yalan məlumatlar paylaşan şəxs – 1998-ci il təvəllüdlü İbrahimli Pərviz Vüqar oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

O, sosial mediada "Sonsuz sevgim" kimi tanınan profillə insanları təşvişə salan paylaşımlar edib. Belə ki, "müharibə başladı", "şəhdimiz var" və buna oxşar yalan, o cümlədən cəmiyyətdə narahatlıq yaradan informasiyalar yayıb.

Xatırladaq ki, polisdə həmin şəxsin bu qəbildən olan məlumatları paylaşmaqda məqsədi öyrənilib.
Onun əməllərində inzibati xətanın tərkib əlamətləri olduğundan barəsində toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.

P.S.: Hamı vətəndaş olaraq, paylaşdığı statusun, videonun, habelə istənilən informasiyanın məsuliyyətini dərk etməli və reytinqə görə insanların heysiyyəti, hisləri ilə oynayacaq məlumatlar paylaşmamalıdır.


Oxşar xəbərlər