
Bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, digər tərəfdən də neft-qaz gəlirləri azalır: “Ötən il bəyan edirdilər ki, sanksiyalara baxmayaraq neft-qaz gəlirləri artıb. Amma bu gün bildirilir ki, Rusiyanın neft və qaz gəlirləri bu ilin ilk 7 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 41,4% azalıb.
Belə bir şəraitdə Putin yenə emosional qərar qəbul edərək, Rusiya ilə “dost olmayan ölkələr”lə vergi müqavilələrini qismən ləğv etdi. Əvvəla, ümumiyyətlə “dost olmayan ölkə” ifadəsi doğru ifadə deyil. Münasibətlərin diversifikasiyasında bu ifadənin nə iqtisadi, nə də siyasi mahiyyəti doğru deyil”.
Ekspertin sözlərinə görə, vergi müqavilələrinin ləğvi bu münasibətlərin daha da sıradan çıxarılmasına xidmət etməklə yanaşı iqtisadi zərər formasında ən böyük mənfi təsirini Rusiyaya göstərəcək:
“Hazırdan Putinin “dost olmayan ölkələr” siyahısında dünyanın iqtisadi cəhətdən ən yaxşı ölkələri olan 43 ölkəsi var. Əksəriyyəti də “iqtisadi əjdaha”dır. Bunlarla vergi müqavilələrini qismən ləğv etmək nə deməkdir?! Doğurdanmı Rusiya bu ölkələrin hər birinə dəyəcək 1 dollar zərər qarşılığında özünə dəyəcək ən azı 43 dollarlıq zərəri görmür?!”, - deyə E. Əmirov əlavə edib.