Arayik bizə vaxt qoymuşdu... O DA BİTDİ: İndi nə qələt edəcək? - HƏQİQƏTƏN DƏ...

Arayik bizə vaxt qoymuşdu... O DA BİTDİ: İndi nə qələt edəcək? - HƏQİQƏTƏN DƏ... Araikin “bir həftəlik” şantajının vaxtı bu gün bitdi: iyulun 17-də elan etmişdi ki, bir həftə ərzində stabil və normal vəziyyətin yaradılması üçün beynəlxalq müdaxilə edilməsə, biz həm “artsaxda” (hazırda ermənilərin yaşadığı ərazini nəzərdə tutur), həm də ondan kənarda (ordumuzun mövqelərinə qarşı) daha sərt tədbirlərə əl atacağıq;

Separatçıların başçısı bu gün növbəti müraciətini yayıb, “öz müqəddəratını təyin etmə hüququndan” imtina etməyəcəklərini bildirib, o cümlədən, rəsmi Bakının Ağdam rolu vasitəsilə təminatın həyata keçirilməsi təklifindən imtina edib.

Beləliklə, separatçılar öz mövcudluqlarını qorumaq naminə erməni əhalisini girov olaraq saxlamağa davam edəcəklər.

Əliyev isə Qarabağın erməni sakinlərinə onları girov götürən xuntadan qurtulmaq çağırışı edib və “gəlin bu reallıqları qəbul edin, bu reallıqların dəyişməsi baş verərsə, bu, yalnız və yalnız nə Ermənistan, nə də Qarabağın erməni azlığı üçün yaxşı olmayacaq” sözləri ilə Bakının mövqeyində son nöqtəni qoyub.

Separatçıların vəziyyəti dəyişmək ümidi ilə təxribata əl atacaqları heç vaxt istisna deyil, lakin bundan sonrakı prosesin inkişafı erməni əhalisinin seçimindən və nə qədər dözə biləcəyindən də asılı olacaq.

Asif Nərimanlı

Oxşar xəbərlər