Bakı Şoltsu sözünü geri götürməyə vadar etdi - Arşakyan

Bakı Şoltsu sözünü geri götürməyə vadar etdi - Arşakyan Paşinyan Almaniyada səfərdə olarkən Şolts Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq demişdi ki, bu münaqişə ərazi bütövlüyünün bərabər prinsipləri və Qarabağ ermənilərinin (Xankəndidəki separatçıların - red.) “öz müqəddəratını təyinetmə hüququ” əsasında sülh yolu ilə həll edilməlidir. Bu fikir ermənilərdə ruh yüksəkliyi oyatdı. Lakin Berlin qəfil geri çəkildi və İrəvanda məyusluq yarandı. Almaniya hökumətinin saytında Şoltsun “Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququ” ilə bağlı sözləri yer almayıb. Almaniya hökumətinin sözçüsü Volfqanq Büşner Almaniya kanslerinin bəyanatına düzəliş edib.

Bunu tanınmış erməni analitik Tevos Arşakyan deyib.

“Aydındır ki, burada öz kanalları ilə Berlinə təzyiq edən azərbaycanlılar və türklər əllərindən gələni ediblər. Bəli, o qədər ki, sonda Şoltsun sözləri geri alınıb. Almaniya indi aktiv şəkildə aktiv və nüfuzlu geosiyasi oyunçular klubuna girməyə çalışır. Berlin təkcə Avropanın özündə deyil, həm də ondan kənarda, məsələn, Cənubi Qafqaz da daxil olmaqla, postsovet məkanında fəaldır. Rusiya-Ukrayna müharibəsi fonunda isə Almaniya hərbi büdcəsini xeyli artırdı, faktiki olaraq genişmiqyaslı hərbiləşməyə başladı. Bəs sonda nə görürük? Berlin hələ də İkinci Dünya müharibəsindən sonra müntəzəm olaraq oynadığı ABŞ-ın kiçik qardaşı rolundan çıxa bilmir.

Ancaq niyə təəccüblənirik və qəzəblənirik? Avropa ilk dəfə deyil ki, öz enerji təhlükəsizliyini, şəxsi maraqlarını Qarabağ ermənilərinin “öz müqəddəratını təyinetmə hüququndan” üstün tutur. Qərbdə Ermənistanın əsas müttəfiqi hesab edilən həmin Fransa deklorativ qətnamələrdən kənara çıxmadı. Paris Bakıya heç bir sanksiya, ən azından, minimal təzyiq göstərmir. Ya istəmir, ya da bacarmır. Və ya bəlkə də hər ikisi. Fransızlar erməniləri yalnız növbəti seçki ərəfəsində xatırlayacaqlar. Neft və qaza ciddi ehtiyacı olan Almaniya haqqında nə deyə bilərik. Bəyəm onlar indi erməni hayındadır? Əlbəttə yox. Buna görə də almanlar geri çəkildi.

Artıq Qərbdən, Rusiyadan, İrandan və ya digər dövlətlərdən anlayış gözləməyi dayandırıb, məqsədlərimizə nail olmağın vaxtıdır. Qarabağ ermənilərinin “öz müqəddəratını təyin etmək hüququ” əsasə məsələdir, amma burada da işimiz o qədər də yaxşı deyil”, - o bildirib.//Axar.az

Oxşar xəbərlər