Rus casusu Qarabağda XÜSUSİ FƏALLAŞIR... - ZİBİLƏ DÜŞMÜŞÜK...

Rus casusu Qarabağda XÜSUSİ FƏALLAŞIR... - ZİBİLƏ DÜŞMÜŞÜK... Qarabağda separatçı erməniləri qızışdıran, davamlı olaraq təxribatçı çıxışları ilə diqqət mərkəzində olan Rusiyanın kuklası Ruben Vardanyan bölgədə yaşayan ermənilərə müraciət edib. JAMAZ.İNFO xəbər verir ki, bu dəfə o, Qarabağda qalmaqdan və kilsə tikməkdən danışıb.

O özünün Teleqram kanalında yazıb ki, kilsə tikmək lazımdır. “Heç nə etmək mümkün olmayan kimi görünəndə nə edirsiniz? Məbədlər tikin! Benzin yoxdu? At sürəcəyik, gəzəcəyik. Əlaqə yoxdur? Gəlin kağız üzərində məktublar yazaq. Yemək olmasa, son çörəyi də bir-birimizlə bölüşəcəyik. Biz daha güclü olmağı bilirik. Oksigen olmasa belə, biz burada qalacağıq”.

Vardanyan bildirib ki, onlar Qarabağda yeni kilsə tikməyi qərarlaşdırıblar: “Bu gün biz qərara gəldik ki, 7-ci əsrdə əsası qoyulmuş Müqəddəs Hakobavank məbədini bərpa edək. Çılpaq əllərlə, əcdadlarımızın etdiyi kimi – avadanlıqsız, yanacaqsız, mövcud ənənəvi materiallardan. Bütün insanlar – hər birindən qabiliyyətinə görə. Biz müqəddəs Akobavankın ruhani keşiş Ovannes Hovhannisyanla razılaşdıq ki, hamını bu işdə iştirak etməyə çağıracağıq. Bu tikintidə hər kəsin yeri olacaq. Biz ziyarətgahlarımızdan inanılmaz güc alırıq. Bunlar bizim kökümüzdür! Budur əcdadlarımızın ruhu, burada bizim həyat gücümüz, burada hər şeyimiz var. Bu bizim torpağımızdır, bura bizim havamızdır! Bunlar bizim dağlarımızdır! Məbədlər və yollar tikəcəyik, uşaqları böyüdəcək və öyrədəcəyik. Biz burada yaşayacağıq! Qarabağı sona qədər müdafiə edəcəyik! Monastırın bərpası ilə bağlı işlərə iyulun 28-də başlanacaq. Hər kəsi Stepanakertdəki Bizim Dağlar Mərkəzində (David Sasuntsi 2) gözləyirik”.

P.S. Vardanyan ənənəvi erməni nağıllarından daha birini danışıb. O, yenə də erməniləri anlaşmaya, Azərbaycanın tərkibində yaşamağa yox, təxribata çağırıb. Elə zənn edir ki, kilsə tikməklə, belə davranışlarla nəsə əldə edəcəklər. Bu sarsaq deyir ki, Qarabağ üçün mübarizə aparacaqlar. Nəynən? Hansı güclə və imkanla? Bu qədər sarsaqlığı yerə qoyub, ağıllı başla düşünsəydi, indi nə bu problemlər var idi, nə də bir erməninin belə burunu qanamamışdı. Görünür, Vardanyan Kremldəki havadarlarının əli ilə bir qədər də erməni qanı tökməyi qarşısına məqsəd qoyub.

Oxşar xəbərlər