“Artıq 16 gündür ki, Azərbaycanın ekofəalları, vətəndaş cəmiyyətinin nümayəndələri Şuşa-Laçın yolunda şaxtalı havada böyük mərdlik, dözümlülük nümayiş etdirərək Qarabağda təbii yataqlarımızın talanmasına qarşı dinc aksiyanı davam etdirirlər. Ermənistan rəhbərliyi, eləcə də Qarabağdakı separatçıların başında duran Vardanyan, Arutyunyan, dünya ictimaiyyətinə guya azərbaycanlıların Qarabağda yaşayan erməniləri blokadada saxladıqlarına dair qərəzli, yanlış məlumatlar verməkdədir”.
Bunu deputat Kamilə Əliyeva parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
O təəssüflə qeyd edib ki, Fransa mətbuatı, Evronews kanalı da bu cür təxribatları, yalan informasiyanı yayımlayırlar.
“Bütün bunlara baxmayaraq Azərbaycanın KİV-i, xəbər saytları azərbaycanlıların keçirdikləri dinc aksiyanın əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırırlar. Artıq dünya ictimaiyyəti görür ki, Xankəndiyə humanitar yüklər, təcili tibbi yardım avtomobilləri, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin avtomobilləri maneəsiz şəkildə keçib gedir. Bu yalanın, ixftiranın baş tutmadığını görən Vardanyan yeni bir cinayət əməlinə əl atmağa başladı. Vardanyan Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarını qorxu və təşviş içində saxlayır, onları zorla, qorxudub şantaj etmək yolu ilə Xankəndində mitinqlərə yığır. Vardanyan mitinqdə erməniəsilli Azərbaycan vətəndaşlarını dövlətə qarşı cinayətə və silahlı münaqişəyə çağırışlar edir”, - o qeyd edib.
O əlavə edib ki, Qarabağda yaşayan ermənilər sosial şəbəkələrdə artıq Vardanyanın, Arutyunyanın qanunsuz hərəkətlərindən cana doyduqlarını, imkan düşən kimi bəziləri Ermənistana köçmək, bir qismi isə Azərbaycan qanunları altında yaşamaq istədiklərini bildirirlər:
“Azərbaycanın Baş Prokurorluğu tərəfindən Araik Arutyunyan barədə cinayət işi açılıb, düşünürəm ki, Vardanyanın qanunsuz hərəkətlərinə qarşı da Baş Prokurorluqda cinayət işi açılmalı və beynəlxalq axtarışa verilməlidir”.