Rusiyada "qırılmaqda olan" Ermənistan ABŞ-a sığınır? - GƏLİŞMƏ

Rusiyada ABŞ regionda Rusiya ilə rəqabət baxımından Ermənistanla hərbi əməkdaşlıqda daha çox maraqlıdır.

Axar.az xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında erməni politoloq David Arutyunov deyib.

O bildirib ki, iki ölkə arasında hərbi-texniki əməkdaşlığa başlamağın mümkünlüyü bir çox amillərdən, o cümlədən erməni tərəfinin maliyyə imkanlarından asılıdır:

“Erməni tərəfinin PUA-lara marağı və onların təyyarələrlə müqayisədə ucuzluğunu nəzərə alsaq, mümkün əməkdaşlıq məhz bu seqmentə aid ola bilər”.

Arutyunov əlavə edib ki, Vaşinqton üçün satış baxımından Ermənistan bazarı çox kiçikdir:

“Ancaq Vaşinqton bu əməkdaşlıqda ilk növbədə siyasi baxımdan maraqlı olacaq. Onlar regionda Rusiya ilə rəqabətdə xüsusən də Moskvanın dominant olduğu bölgədə maraqlıdırlar. Bundan əlavə, Ermənistan və Rusiya arasında mövcud əlaqələri nəzərə alsaq, Vaşinqtonla İrəvan arasında bu cür az-çox ciddi hərbi-texniki əməkdaşlıq əlamətdar hadisə olacaq”, - Arutyunov bildirib.

Qeyd edək ki, Ermənistan Baş Qərargah rəisi Asryan ABŞ-da səfərdədir. O, ötən gün Pentaqonda yüksək çinli ABŞ hərbçiləri ilə görüşərək, hərbi əməkdaşlıq məsələlərini müzakirə edib.

Oxşar xəbərlər