İyunun 20-də Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə “Daşkəsən rayonunda arıçılıq təsərrüfatının inkişafına dəstək” layihədə iştirak etmiş arıçılıq təsərrüfatı sahiblərinin təltifolunma mərasimi keçirilib.
Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, İqtisadiyyat nazirinin müşaviri Niyazi Səfərov, Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Bayandur Rzayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialının müdiri Elməddin Qurbanov və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov rəhbərlik etdiyi dövlət şirkətinin 2016-cı ildən etibarən dağ-mədən sahəsində mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında fəaliyyətini təşkil edərək, ölkəmizin qeyri-neft-qaz sektorunun inkişafına öz töhfələrini verdiyini diqqətə çatdırıb. Əldə olunan bu yüksək iqtisadi nailiyyətlər fonunda, “AzerGold” QSC-nin fəaliyyətinin əsas prinsiplərini təbii resurslardan səmərəli istifadə, dayanıqlı inkişaf konsepsiyasının tətbiqi və sosial məsuliyyətliliyin təşkil etdiyini vurğulayıb. “Daşkəsən rayonunda arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi barədə ətraflı məlumat verən Zakir İbrahimov layihənin realizə olunmasında əsas məqsədin rayonda kiçik sahibkarlığın inkişafı etdirilməsinə, arıçılığın təşviqi və təbii bal istehsalının artırılmasına və sosialyönümlü dövlət siyasətinə əlavə töhfə vermək olduğunu bildirib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov arıçılığın inkişafı üçün böyük potensiala malik olan Daşkəsən rayonunda icra edilən layihənin bölgə üçün mühüm sosial-iqtisadi təşəbbüs olduğunu qeyd edib. O, yaradılmış imkanlardan düzgün faydalanan arıçı fermerlərin təsərrüfat fəaliyyətlərində bunun müsbət nəticələrini görəcəyinə, öz təsərrüfatlarını daha da genişləndirməyə nail olacaqlarına əminliyini vurğulayıb.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev çıxışında deyib:
- Artıq ikinci ildir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin təşkilatçılığı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə Daşkəsən rayonunda “Arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi uğurla icra olunmuşdur. Bildiyiniz kimi, Daşkəsən rayonu arıçılığın qədim mərkəzlərindədir. Bu sahə qədim zamanlardan daşkəsənlilərin təsərrüfat həyatında və məişətində əhəmiyyətli yer tutmuşdur. Daşkəsən rayonunun relyefi, bitki örtüyü burada kənd təsərrüfatının ayrı-ayrı sahələri ilə yanaşı, arıçılığın da inkişafına geniş imkanlar açır. Mütəxəssislər tərəfindən “Qızıl Arı” adlandırılan Qabaqtəpə arısı Daşkəsən rayonunun Qabaqtəpə kəndi ətrafında formalaşdığı üçün Qabaqtəpə arısı adlandırılmışdır.
Sel sularının və intensiv dolu yağışlarının rayonumuzda arıçılıq təsərrüfatlarına da ciddi ziyan vurmasına və bu sahənin inkişafına mənfi təsir göstərməsinə baxmayaraq, boz dağ arısının əvvəlki şöhrətini qaytarmaq, arıçılıq ənənəsini yaşatmaq üçün Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən son illər bir sıra təsirli tədbirlər həyata keçirilmiş və müsbət nəticələr əldə edilmişdir.
Bu gün yekun mərasimini birlikdə qeyd etdiyimiz “Daşkəsən rayonunda arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi də həmin tədbirlərin bir hissəsidir. Layihə çərçivəsində daşkəsənli fermerlərə arıçılığa dair təlimlər keçirilmiş, onlara arı ailələri və dərman preparatları verilmiş, həmçinin bu məqsədlə rayon ərazisində nektar verən ağaclar əkilmişdir.
Rayonumuzda uğurla həyata keçirilən növbəti “Arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi də rayon ictimaiyyəti tərəfindən minnətdarlıqla qarşılanmışdır.
Daşkəsən rayonunda ekoloji tarazlığın qorunmasına, habelə yerli arıçı fermerlərə göstərdiyiniz diqqət və qayğıya, yeni iş yerlərinin yaradılmasına və verilən maddi dəstəyə görə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri hörmətli Orxan Məmmədova, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Zakir İbrahimova və bu işdə zəhməti, əməyi olan hər bir kəsə dərin təşəkkürümü bildirirəm.
Tədbirdə daha sonra İqtisadiyyat, Kənd Təsərrüfatı və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin nümayəndələri çıxış edərək, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən dövlət proqramlarının məqsəd və hədəflərinə uyğun olaraq, “Daşkəsən rayonunda arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsinin Daşkəsəndə arıçılığın dayanıqlı biznes fəaliyyəti kimi təşviqi baxımından yüksək qiymətləndirdiklərini bildiriblər.
Tədbirin sonunda təlim və praktiki məşğələləri uğurla tamamlayan arıçı fermerlər sertifikatlarla təltif ediliblər. Həmçinin, layihə çərçivəsində arıçılara təqdim edilən aktivlər, o cümlədən zəruri mal və materiallarla tam təchiz edilmiş arı yeşikləri və balsüzən dəzgahlara baxış keçirilib.
Qeyd edək ki, “Daşkəsən rayonunda arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi artıq ikinci ildir ki, həyata keçirilir. Layihədə “AzerGold” QSC-nin hasilat və istehsalat fəaliyyəti həyata keçirdiyi “Çovdar” qızıl mədənin yaxınlığında yerləşən kənd və digər yaşayış məntəqələrinin sakinləri iştirak ediblər. İlk dəfə 2022-ci ildə icra edilən layihədən Daşkəsən rayonunun Çovdar, Bayan, Quşçu və Zəylik kəndlərində fəaliyyət göstərən, ümumilikdə 24 nəfər arıçı fermer faydalanıb. Builki layihədə isə Çovdar, Bayan, Quşçu kəndləri, eləcə də Şadax adlanan ərazidə yaşayan 32 nəfər fermer iştirak edib.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini