Politoloq İlqar Vəlizadə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Ermənistanla Azərbaycan arasında gərginliyin yenidən artdığını görürürük. Xüsusən də sərhəd istiqamətlərində Azərbaycana qarşı təxribatlarda artım var. Baş verənləri hansı kontekstdə şərh etmək olar?
- Həmişə olduğu kimi - danışıqlar prosesi intensivləşəndə bu cür mənzərənin şahidi oluruq. Belə durumlarda həmişə ermənilər tərəfindən xüsusən də sərhəddə süni gərginlik yaradılır. Əvvəllər cəbhə xəttində olurdu, indi də sərhəddə. Gərginlik həmişə danışıqlar prosesinə müəyyən əngəllər yaradır, prosesi ləngidir. Eyni zamanda, Ermənistan özünün süni şəkildə yaratdığı gərginliyə görə Azərbaycanı günahlandırır. Əsas diqqəti də bu gərginliyə yönəldir, nəinki real məsələlərə. Məsələn, bununla sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və sülh müqaviləsinin imzalanmasından diqqəti yayındırmağa çalışır.
Niyə əngəlləmək istədiyi də aydındır, çünki bütün proses Ermənistanın xeyrinə deyil. Ermənistan bu proseslərdə məcburən iştirak edir. Sərhədlərin delimitasiyası anklavların Azərbaycana qaytarılması ilə nəticələnəcək ki, Ermənistan bunu istəmir. Sülh müqaviləsinin imzalanması Qarabağa olan iddialara nöqtə qoyacaq. Zəngəzur dəhlizinin açılması da Ermənistanı narahat edir. Çünki dəhlizə nəzarət Ermənistanda olmayacaq. Yeri gəlişkən, bu məsələ Rusiya və Ermənistan arasında fikir ayrılıqları var. Çünki Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsinə Rusiya nəzarət edəcək. Çünki Ermənistanın dəmir yolları şəbəkəsi Rusiyaya məxsusdur. Digər yandan, Ermənistan sərhədlərini Rusiya sərhədçiləri mühafizə edir. Yəni bütün bunlar onun xeyrinə olmadığına görə prosesi süni gərginliklə ləngitməyə və öz maraqlarını təmin etməyə çalışırlar.
- Cərəyan edən hadisələrin açıq qarşıdurmaya çevrilməsi ehtimalı nə qədərdir? Məsələn, Ermənistan ordusunun sərhədboyu ərazilərdə “bir nömrəli hazırlıq vəziyyəti”nə gətirilməsi və avropalı müşahidəçilərin bölgədən çıxarılması haqda məlumatlar dolaşır.
- Heç nə istisna deyil. Amma bu, Ermənistanın təxribatının miqyasından asılıdır. Əgər təxribatın miqyası genişlənsə, onda cavab da adekvat olacaq. İndi Ermənistan ara-sıra atəş açır, genişmiqyaslı əməliyyat keçirmir. Çünki qorxurlar ki, Azərbaycan da eyni cavabı verməklə öz mövqelərini daha da gücləndirə bilər. Ona görə də bunu etmirlər. Amma təəssüf ki, kiçikçaplı təxribatlar baş verir, bu da prosesi ləngidir.
- Son gəlişmələr fonunda fəallıq göstərənlərdən biri də Fransadır. Bu günlərdə Fransadan Ermənistana silah-sursatın göndərilməsi haqda xəbərlər gəlir, bu baxımdan müdafiə naziri Suren Papikyanın Parisə səfəri də diqqət çəkir. Fransanın bölgə ilə bağlı hansı hesabı var?
- Fransa hakimiyyətinin başında bəsit və bəsirətçi insanlar dayanıb. Bu adamlar regiondakı dinamikanı, öz ölkələrinin regiondakı nüfuzunu və rolunu dərk etmirlər. Ümumiyyətlə, onlar Fransanın müasir dünya və qlobal xarici siyasətdəki rolunu dərk edə bilmirlər. Məsələn, Afrika və Yaxın Şərqdəki məğlubiyyətlər ondan xəbər verir ki, Makron və ətrafındakı siyasi dairələr Fransanın xarici siyasətini normal şəkildə idarə edə bilmirlər, amma öz ambisiyalarını ortaya qoyurlar.
Fransa düşünür ki, Ermənistanın əliylə burada hansısa məqsədini həyata keçirə və nüfuzunu saxlaya, digər ölkələrə təsir göstərə, Rusiyanı sıxışdırıb yerinə keçə bilər. Bunu ancaq uzaqgörməyən bir adam və ya siyasi qrup edə bilər. Məqsəd də bəllidir: Ermənistanı rıçaq və alət kimi əldə saxlamaq, bununla regiona təsir göstərmək. Cənubi Qafqazda Türkiyə-Azərbaycan təsirini zəiflətmək, kommunikasiyaların açılması prosesinə təsir göstərmək, digər aktorları sıxışdırmaq istəyirlər. Onların ambisiyaları bunlardan ibarətdir.
Ermənistan burada yenə də alət kimi çıxış edir. Ermənistan müstəmləkəyə çevrilib. Müharibədən qabaq Rusiyanın müstəmləkəsi idi. İndi isə özünü Fransanın müstəmləkəsinə çevirmək istəyir. Əlbəttə, Fransa bundan yararlanmağa çalışır. Vaxtilə Fransanın Afrikada müstəmləkələri vardı, Cənubi Qafqazda isə Ermənistana bu donu biçir. Ermənistan aparıcı ölkə ola, hansısa siyasi mövqeləri diktə edə bilməz, çünki resursları azdır. Ermənistan sadəcə digər ölkələrdən nəyisə istəyir, umur. Ona görə də burada heç vaxt Ermənistanla bərabərhüquqlu münasibətlər alına bilməz. Qabaqlar Rusiyadan umurdu, indi Fransadan.
İstər Rusiya, istərsə də Fransa Ermənistanla bərabərhüquqlu tərəf kimi davranmır. Çünki uman tərəf həmişə zəif olur. Həmişə umulan tərəf öz mövqelərini diktə edir. Fransa da Ermənistana öz mövqelərini diktə edir və ondan bir təsir rıçağı kimi istifadə etməyə çalışır. Bir sözlə, bölgədə vəziyyət mürəkkəb olaraq qalır. Çünki Rusiya da Ermənistandakı maraqlarından geri çəkilməyib. Belə olanda maraqlar toqquşur və gərginlik yaranır.
- Bəs baş verənlərdə Zəngəzur dəhlizi məsələsinin payı nə qədərdir? Son günlərdə Azərbaycan, Türkiyə və Rusiyadan bununla bağlı aktiv mesajlar verilir. Ermənilər isə dəhlizin açılması prosesində həlledici mərhələdən danışırlar.
- Azərbaycan və Türkiyə Zəngəzur dəhlizi məsələsini kimlərlə müzakirə edir? Ermənistan və Rusiya ilə. Azərbaycan öz yerində, amma Rusiya da bu məsələnin reallaşmasında həlledici tərəflərdən biridir. Düşünürəm ki, bu, Rusiyanın da marağındadır. Dediyim kimi, Ermənistanın dəmir yolu şəbəkəsi Rusiyanın əlindədir. Rusiyanın da bu projedə ciddi maraqları var. Yükdaşımaları da Rusiyanın “Cənubi Qafqaz” Dəmir Yolu İdarəsi həyata keçirəcək. Buna görə də onun hərəkət parkı artır, 2024-cü ilə qədər bir proqram var. Bura Ermənistana yeni qatarların gətirilməsi və sair daxildir. Türkiyə və Azərbaycan üzərindən yükdaşımalar bu idarə tərəfindən reallaşdırılacaq.
Rusiya yeni yollar lazımdır, çünki Qərblə bütün yollar bağlanıb. Zəngəzur dəhlizi də onlar üçün ən mühüm kommunikasiyalardan biridir. Çünki bu yolla Türkiyə və Yaxın Şərqə birbaşa çıxış yaranır. Rusiya çalışır ki, Zəngəzur dəhlizi tezliklə açılsın. Aleksey Overçuk və Rusiyanın nəqliyyat sahəsi üzrə digər rəsmilərinin regionlarla tez-tez səfərləri bundan xəbər verir.
- Bəs niyə bu səfərlər artır, amma real durum dəyişmir?
- Bu da ondan irəli gəlir, indi Rusiyanın Ermənistana təsir imkanları o qədər də deyil. Bəli, deyirlər ki, Rusiyanın Ermənistana böyük təsir imkanları var. Belə təsir imkanları olsaydı, Paşinyanı hakimiyyətdən uzaqlaşdırardılar, öz adamlarını gətirərdilər. Bunu edə bilmirlər. Yəni Rusiyanın imkanlarını da olduğundan çox qələmə vermək düzgün deyil. Rusiyanın imkanları dardır, müəyyən təsir və təzyiqlər edir, amma bunlar kifayət etmir. Ermənistan da Rusiya ilə alver aparır. Məsələn, Ermənistan istəyir ki, Zəngəzur dəhlizinə nəzarəti özündə saxlasın, bunda da ortaq məxrəcə gələ bilmirlər. Ona görə də məsələnin həlli uzanır, Zəngəzur dəhlizinin reallaşmasına maneə yaradır.
Əlbəttə, gec-tez bu layihə reallaşacaq. Bunu Azərbaycan və Türkiyə prezidentləri dəfələrlə deyiblər. Texniki məsələlər var. Məsələn, bunun üçün Ermənistana 220-250 milyon dollar lazımdır ki, öz hissəsini tiksin. Buna kim sponsorluq edəcək: Ermənistanın özümü, Rusiyamı, yoxsa başqa bir donor tapacaqlar? Bunu bilmək olmur. Texniki məsələlərdən biri budur, digəri də nəzarət məsələsi ilə bağlıdır. Yəqin ki, qarşıdakı aylarda bununla əlaqədar bir prinsipial mövqe görə bilərik, hər halda buna ümid var.
- Demək olar, indi əsas gündəm mövzusu kommunikasiyaların açılması ilə əlaqəlidir. Bu xətlərin sülh müqaviləsi imzalanmadan açılması sülhyaratma prosesinə necə təsir göstərəcək?
- Bunlar paralel məsələlərdir. Kommunikasiyaların açılması üçün təhlükəsizlik zəmanəti olmalıdır. Əslində, sülh müqaviləsi bu zəmanəti verir. Amma məsələ budur ki, indi Zəngəzur dəhlizi ilə bağlı (Ermənistan tərəfindən) heç bir iş aparılmır. Bu iş – infrastrukturun qurulması ən azı bir-iki il çəkəcək. Bu müddətdə sülh müqaviləsi də imzalana bilər. Ona görə də bunların paralel şəkildə aparılacağını düşünürəm. Sülh müqaviləsi imzalandıqdan sonra infrastruktur da hazır olacaq, Zəngəzur dəhlizi yeni geosiyasi və siyasi-hüquqi reallıqda fəaliyyət göstərəcək.
- Ermənistanın bir-birinə zidd qüvvələri Zəngəzurda yerləşdirdiyini görürürük. Bir tərəfdə Avropa Birliyi və Fransa, digər yanda İran, o biri tərəfdə isə Qafanda konsulluq açmağa hazırlaşan Rusiya var. Nə baş verir?
- Onların hər biri ilə siyasi alver aparırlar. Kim Ermənistana daha yaxşı şərtləri vəd edəcəksə, o tərəflə də daha sıx münasibətlər quracaq, mesaj bundan ibarətdir. Ona görə də bunların hamısı regiona gətirirlər. Məsələn, Avropanın müşahidə missiyası sərhədin mühafizəsi ilə bağlı daha effektli şəkildə məşğul olacaqsa, onda bu missiya ilə iş görəcəklər. Yaxud Zəngəzur dəhlizi ilə bağlı hansısa problem yaransa və bu durumda Ermənistanın mövqeyini daha yaxşı müdafiə edən tərəf İran olsa, onda bu məsələdə İranla daha sıx əməkdaşlıq olacaq. Digər oyunçulara da belə mesajlar veriləcək. Məsələn, Avropanın müşahidə missiyasının KTMT missiyası ilə əvəzlənməsi məsələsi var. Bu da bir alver məsələsidir. İrəvan KTMT-yə mesaj verir ki, siz bizim mövqeyimizi yaxşı müdafiə etmədiyiniz üçün Avropa missiyasını bura gətirdik, sizdən istədiyimizi alsaq, onda sizlə iş görəcəyik. Durum təxminən belədir.
Ermənistan bəlkə də bunu dərk etmir: əgər sən müxtəlif – bir-birinə zidd qüvvələri öz ərazinə gətirirsənsə, sənin özün heç nəyə çevrilirsən və proseslərə nəzarəti əldən çıxarırsan. Digər yandan, sən həmin qüvvələrin toqquşduğu meydana çevrilirsən, son nəticədə daxili siyasi stabillik pozulur. Əlbəttə, bunlar onların problemidir, nəticəsini də özləri çıxarmalıdır.