Ermənistan öz ərazisindən keçəcək Zəngəzur dəhlizi ilə bağlı qərar vermək şansına sahib deyil, İrəvan müqavimət göstərməyə çalışsa da, əslində oyundankənar vəziyyətə düşüb... Bu dəhlizə nəzarət uğrunda mübarizədə Azərbaycan-Türkiyə İttifaqının maraqları hələlik ABŞ və Qərbin hədəfləri ilə uzlaşır, Rusiyanın isə müttəfiqi yoxdur, Kreml yalnız Ermənistanın heç bir əhəmiyyət daşımayan qondarma “qırmızı cizgiləri”nə ümid bəsləyir...
Ermənistan Azərbaycan-Türkiyə İttifaqı üçün böyük önəm daşıyan geopolitik layihələrə müqavimət göstərməyə çalışır. Hazırda həm Azərbaycan, həm də Türkiyə Zəngəzur dəhlizinin açılması üçün intensiv cəhdlər göstərir. Ermənistan isə Zəngəzur layihəsinin dəhliz status qazanmasına əngəl olmaq üçün bütün vasitələrdən yararlanır. Və bu mövqeyini suverenlik hüquqları ilə izah etməyə çalışır.
Buna baxmayaraq, rəsmi İrəvan onu da anlayır ki, nəqliyyat-kommunikasiya xətlərinin açılması hamıdan daha çox məhz Ermənistanın maraqlarına cavab verir. Halbuki, Zəngəzur dəhlizi ilə bağlı prinsipial anlaşma əldə olunmadan bu, o qədər də real görünmür. Hər halda, rəsmi Bakı Azərbaycan yüklərinin Ermənistan tərəfindən yoxlanılmasını qətiyyən sərfəli hesab etmir. Və bu məsələnin Azərbaycanın maraqları çərçivəsində həll edilməsi baxımından, beynəlxalq siyasi iradə mərkəzləri arasında müəyyən siyasi-diplomatik manevrlər də etməyə çalışır.
Son məlumatlara görə, Zəngəzur dəhlizi ilə bağlı situasiya yaxın vaxtlarda nisbətən aydınlaşa bilər. Belə ki, Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin üçtərəfli görüşündə nəqliyyat-kommunikasiya xətlərinin açılması növbəti dəfə müzakirə ediləcək. Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan da bunu təsdiqləyib.
Ancaq Mqer Qriqoryan həmişəki kimi, bu dəfə də Zəngəzur dəhlizinin Ermənistan üçün “qırmızı xətt” olduğunu qeyd etməyi də unutmayıb: “Bu, istisnadır. Biz nəqliyyat-kommunikasiyası xətləri barədə danışmağa hazırıq. Dəhliz termini isə xüsusi rejimi nəzərdə tutursa, o zaman danışmağa hazır deyilik. Biz dəfələrlə bildirmişik ki, bu, “qırmızı xətt”dir, belə bir mövzu müzakirə olunmayacaq. Üçtərəfli görüşdə bu məsələnin qaldırılacağını düşünmürəm, ən azından mənasızdır”.
Bütün bunlara baxmayaraq, rəsmi İrəvanın Zəngəzur dəhlizi layihəsini gündəmdən çıxara biləcəyi də qətiyyən inandırıcı görünmür. Düzdür, həqiqətən də hər bir dövlətin "qırmızı cizgiləri" mütləq olur. Ancaq məğlub dövlətlərin "qırmızı cizgilər"ini adətən, onların özlərindən başqa heç görmür. Və bu, hazırda beynəlxalq siyasi məkanın qeyri-rəsmi dəyişməz prinsipidir.
Ermənistan da indiyə qədər çoxlu sayda "qırmızı cizgilər" sadalayıb. Halbuki, heç kim rəsmi İrəvanın dediklərinə elə bir ciddi əhəmiyyət verməyib. Çünki Ermənistan da məğlub ölkədir və indi onun "qırmızı cizgiləri" yalnız öz mövcudluğunu qorumaq istiqamətində fəaliyyət ola bilər. Yəni, rəsmi İrəvanın bundan artıq nəsə etməyə nail olması sadəcə, mümkün deyil.
Məsələ ondadır ki, rəsmi İrəvan nə qədər müqavimət göstərsə də, Zəngəzur dəhlizi üzərində düyünlənmiş xarici maraqlar Ermənistanın mövqe diqtə etmək imkanlarını qat-qat aşır. Belə ki, hazırda Zəngəzur dəhlizinin açılması yalnız Azərbaycan deyil, bütün Türk Dünyası üçün strateji əhəmiyyət daşıyır. Eyni zamanda, Zəngəzur dəhlizinin açılmasında Avropa və Asiya ölkələri də birbaşa maraqlıdır.
Ona görə də, indi əslində, bu dəhlizin açılması deyil, məhz ona nəzarət uğrunda amansız mübarizə mövcuddur. Ancaq bu mübarizədə Ermənistan birbaşa iştirak etmir. Ermənistanın bu prosesdə mövcudluğu sadəcə, formal xarakter daşıyır. Və bu baxımdan, rəsmi İrəvanın sadəcə, heç real önəm daşımayan “qırmızı cizgilər” elan etməkdən başqa nəyəsə, gücü çatmır.
Zəngəzur dəhlizinə nəzarət uğrunda mübarizə isə əsasən ABŞ və Qərblə Rusiya arasındadır. Kreml bu dəhlizə Rusiya hərbi və gömrük kontingentlərinin nəzarət etməsinə cəhd göstərir. Hətta 10 noyabr üçtərəfli anlaşmasında Kreml bu barədə ayrıca maddə yerləşdirilməyə də nail olub.
Ancaq ABŞ və Qərb bununla qətiyyən razılaşmaq niyyətində deyil. Ona görə də, Vaşinqton və Brüssel görüşlərində Zəngəzur dəhlizinə Beynəlxalq Gömrük Təşkilatının nəzarət etməsi barədə ideya gündəmə gətirilib. Böyük ehtimalla prosesin sonrakı mərhələlərində bu ideya əsas prinsip kimi daha intensiv şəkildə müzakirə ediləcək.
Maraqlıdır ki, ABŞ və Qərb bu məsələnin Rusiyanın vasitəçiliyi ilə keçirilən üçtərəfli görüşlərdə müzakirə edilməsinə də qətiyyən ehtiyac duymur. Bu baxımdan, Moskvada keçiriləcək görüşdə bu məsələnin gündəmə gətirilməyəcəyinin bəyan edilməsi Zəngəzur dəhlizinin yaradılmasından imtina olunması anlamı daşımır.
Əksinə, rəsmi İrəvanın inkar etməsinə və müqavimək göstərməsinə baxmayaraq, əslində, Zəngəzur dəhlizi hazırda intensiv şəkildə müzakirə edilməkdədir. İlk növbədə Azərbaycan və Türkiyə bu dəhlizin açılmasında israrlıdır. ABŞ və Qərb isə buna dəstək verir. Ona görə də, Rusiya və Ermənistanın ortaq müqaviməti də heç bir əhəmiyyət daşımır.
Yəni, Zəngəzur dəhlizi istənilən halda, Azərbaycan və Türkiyənin diqtə etdiyi şərtlər daxilində mütləq açılacaq. Əks halda, digər nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı müzakirələr də real nəticə verməyəcək. Nəticədə Ermənistanın indiki blokada şəraitindən çıxması da qətiyyən mümkün olmayacaq.
Halbuki, blokadadan çıxmaq, indi Ermənistan üçün əsas mövcudluq şərtidir. Ona görə də, Ermənistanın tezliklə bu reallıqla barışmaq məcburiyyətində qalacağı və Zəngəzur dəhlizinin açılacağı qətiyyən şübhə doğurmur. Hər halda, Cənubi Qafqazda Ermənistanın geopolitik əhəmiyyətinin hər ötən gün “əriməsi” də belə düşünməyə tamamilə əsas verir.
Maraqlıdır ki, Ermənistan baş naziri Nikol Paşinyan da ölkəsi üçün taleyüklü dövrün artıq başlandığını etiraf edir. Onun fikrincə, Ukrayna savaşı Ermənistanın beynəlxalq məkanda və Cənubi Qafqazda manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırıb. Erməni baş nazir rəsmi İrəvanın balans siyasəti yürütmək cəhdlərinin müsbət nəticə vermədiyini vurğulaması, əslində, Ermənistanın tezliklə maraqları toqquşan tərəflərdən birinə meyillənmək məcburiyyətinə üstüörtülü eyham sayıla bilər.
Göründüyü kimi, Ermənistan öz ərazisindən keçəcək Zəngəzur dəhlizi ilə bağlı qərar vermək şansına sahib deyil. Hələlik bu dəhlizə nəzarət uğrunda mübarizə sona çatmadığından rəsmi İrəvanın “qırmızı cizgilər” elan etməsi Ermənistanın mövqeyinin ifadəsi ilə bağlı qeyri-real görüntü yaradır. Zəngəzur dəhlizi ilə bağlı onun açılmasında maraqlı olanlar prinsipial qərarlar verildikdən sonra rəsmi İrəvanın oyundankənar vəziyyətdə olduğu daha aydın şəkildə görünməyə başlayacaq.
Bütün bunları nəzərə aldıqda, Zəngəzur dəhlizi layihəsinin gələcək taleyinin Azərbaycan-Türkiyə İttifaqı, ABŞ və Qərb, eləcə də, Rusiya arasında mübarizədə “düyünlən”diyini düşünmək olar. Bu mübarizədə Azərbaycan-Türkiyə İttifaqının maraqları hələlik ABŞ və Qərbin hədəfləri ilə uzlaşır. Rusiyanın isə yalnız Ermənistanın heç bir əhəmiyyət daşımayan qondarma “qırmızı cizgiləri”nə istinad etməkdən başqa, daha ümidverici müttəfiqi yoxdur.(Yeni Müsavat)