Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir

Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir
1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində gələcəyin çox görkəmli alimi, oftalmoloqu Zərifə xanım Əliyeva Əziz qızı dünyaya göz açmışdır. Həyatını tibb elminə həsr edən Zərifə xanım böyük şəxsiyyət Ulu Öndər Heydər Əliyevin ömür gün yoldaşı və eyni zamanda gözəl ana olmağı ilə əsl Azərbaycan qadını idi.
Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Zərifə xanım Əliyeva insanlara nur paylayan xeyirxah bir mələk idi. Görkəmli alim vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox tədqiqatlar aparmışdır. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılmışdır.
Zərifə xanım Əliyevanın xidmətləri sayəsində XX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda oftalmologiya elmi və göz xəstəlikləri tədqiqatlarının inkişaf edən sahələrdən birinə çevrilmişdir. Zərifə xanım Əliyeva oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan əsərləri yüksək qiymətə layiq görülmüşdür. Zərifə xanım Əliyeva yüksək ixtisaslı kadrların hazırlanmasının vacib olduğunu nəzərə alaraq bu sahəyə də böyük əmək sərf etmişdir. Beləki, rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Görkəmli alim tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır.
Professor Zərifə xanım Əliyeva 1981-cı ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülən ilk qadın olmuşdur. Bir çox orden və medallara mükafatlandırılmışdır.Azərbaycan Əməkdar elm xadimi fəxri adı almışdır.
Ömrünün 62-ci baharında,1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişmişdi.


Ramana qəsəbəsi, 198N-li məktəbin
direktoru Şəlalə Nadirova

Oxşar xəbərlər