Ukrayna Baş Qərargahı: “Son günlər Rusiya hərbçiləri arasında itkilərin sayı kəskin artıb”

Ukrayna Baş Qərargahı: “Son günlər Rusiya hərbçiləri arasında itkilərin sayı kəskin artıb” “Son günlər Rusiya hərbçiləri arasında itkilərin sayı kəskin artıb”.

"Bu barədə Ukrayna Baş Qərargahının cəbhədəki durumla bağlı gündəlik operativ məlumat bülletenində qeyd olunub.

Bildirilib ki, martın 17-dən 21-dək yaralı rus hərbçilərinin əksəriyyəti ölüb: “Bu, qarşı tərəfin tibb xidmətinin zəif olduğunu göstərir. Görünür, tibb işçiləri kifayət qədər peşəkar deyillər”.

Məlumata görə, Rusiya komandanlığı Luqansk vilayətinin müvəqqəti ələ keçirdiyi ərazidə fəaliyyət göstərən mövcud xəstəxanalarda çarpayıların sayını artırmaq qərarına gəlib: “Həmçinin Troitske qəsəbəsindəki hərbi hospitalda çarpayıların sayı iki dəfə artırılaraq 200-dən 400-ə çatdırılıb. Ərazidəki yaralı zabitlər Rusiyaya təxliyə edilib”.

Baş Qərargahın informasiyasına əsasən, son 24 saat ərzində Ukrayna aviasiyası qarşı tərəfin şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 12 zərbə endirib: “Son sutkada, həmçinin Rusiya Silahlı Qüvvələrinin 2 “Kh-59” hava raketi və 4 müxtəlif tipli PUA-sı məhv edilib. Raket qoşunlarının bölmələri və artilleriya bölmələri eyni zamanda düşmənin canlı qüvvəsi, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi əraziyə və 2 yanacaq-sürtkü materialı anbarına zərbələr endirib”.

Oxşar xəbərlər