Ukrayna: Rusiya donanmasının itkiləri çoxdur, hərbçilər əməliyyatlarda iştirakdan imtina edir

Ukrayna: Rusiya donanmasının itkiləri çoxdur, hərbçilər əməliyyatlarda iştirakdan imtina edir Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı cəbhədə 19 aprel 06:00-dək olan vəziyytəi açıqlayıb.

Məlumatda deyilir:

"Rusiya düşməni Donetsk və Luqansk vilayətləri ərazisinə tam nəzarəti ələ keçirmək, habelə müvəqqəti işğal olunmuş Krımla quru dəhlizini saxlamaq üçün Şərq Əməliyyat Zonasında hücum əməliyyatlarını davam etdirməyə çalışır.

Slobojanski və Donetsk əməliyyat rayonlarında rusiyalı təcavüzkar müəyyən ərazilərdə hücum və hücum əməliyyatları aparır.
Rusiya düşməni Rusiya Federasiyasının mərkəzi və şərq bölgələrindən Ukraynaya silah və hərbi texnika ötürməkdə davam edir.
Slobojanski istiqamətində rus düşməni Xarkov şəhərini qismən mühasirəyə almağa davam edir.

Mövcud məlumata görə, Rusiya düşməni hücum qrupunun hava hücumundan müdafiə sistemini təşkil etmək üçün Xarkov vilayətinə “Tor” (SA-15 Gauntlet) qısa mənzilli yer-hava raket kompleksinin əlavə zenit-raket bölmələrini köçürür. Eyni zamanda, S-400 və S-300-lərin mobil uzaq mənzilli yer-hava raket diviziyaları Belqorod vilayətinin Ukrayna ilə həmsərhəd ərazilərində əsas komanda idarəetmə məntəqələri ilə yanaşı, arxa bölgələri də əhatə etmək üçün yerləşdirilib.

Düşmənin əsas səyləri Luqansk və Donetsk vilayətlərində Ukrayna qoşunlarının müdafiəsini yarmağa, həmçinin Mariupol şəhəri üzərində tam nəzarəti bərqərar etməyə yönəlib.
Cənubi Buq istiqamətində rus düşməni diqqətini Xerson vilayətinin inzibati sərhəddinə çatmağa yönəldir.

Belarus Respublikası Ukrayna ərazisinə hava zərbələri endirmək və Ukrayna ərazisindəki obyektlərin kəşfiyyatı üçün öz ərazisindən istifadə etməkdə və təmin etməkdə davam edir.
Mövcud məlumata görə, Qara Dəniz Donanmasının 126-cı Sahil Mühafizəsi Briqadasının itkiləri 75%-ə qədərdir. Qara Dəniz Donanmasının 810-cu Müstəqil Briqadası 158 hərbçini itirib, 500-ə yaxın yaralanıb, 70 nəfər itkin düşüb. Bu briqadaların xeyli sayda hərbçiləri qondarma “xüsusi əməliyyat”da iştirakdan imtina etdikləri barədə hesabatlar yazıblar.

Donetsk və Luqansk vilayətlərində Ukrayna müdafiəçiləri düşmənin yeddi hücumunu dəf edib, on tankı, on səkkiz zirehli bölməni və səkkiz texnikasını, bir artilleriya sistemini və bir minaatanını məhv ediblər.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri bir gün əvvəl yeddi hava hədəfini vurub: bir təyyarə, dörd PUA və iki qanadlı raket" - məlumatda qeyd edilib.

Oxşar xəbərlər