Ukrayna son sutkada məhv etdiyi hərbi texnikaların sayını açıqladı

Ukrayna son sutkada məhv etdiyi hərbi texnikaların sayını açıqladı Ötən gün ərzində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri və Quru Qoşunlarının hava hücumundan müdafiə bölmələri düşmənin 7 PUA və 8 qanadlı raketini vurub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı məlumat yayıb.

"Donetsk və Luqansk vilayətlərində son 24 saat ərzində düşmənin 12 hücumu dəf edilib, altı tank, beş artilleriya sistemi (onlardan üçü - çoxsaylı reaktiv yaylım atəşi sistemi), on beş ədəd zirehli döyüş maşını və doqquz vahid düşmən texnikası məhv edilib. Düşmənin digər ərazilərdə də itkiləri var" - məlumatda qeyd edilib.

Oxşar xəbərlər