Azərbaycanda hökumət qiymət artımları ilə bağlı hərəkətə keçəcək - AÇIQLAMA

Azərbaycanda hökumət qiymət artımları ilə bağlı hərəkətə keçəcək - AÇIQLAMA Marketlər ərzaq məhsulları ilə yanaşı qeyri-ərzaq məhsullarnın da qiyməti bahalaşıb. Bunu həm alıcılar, həm də satıcılar təsdiqləyir.

Baku.ws məlumatına görə, qiymət artımı əsasən şəxsi gigiyena vasitələrində özünü göstərir.

Şəxsi gigiyena məhsulları arasında daha çox sintetik yuyucu vasitələri, sabun və diş məcunları, qabyuyan vasitələri, antiperspirant vasitələrin qiymətində artım var. Bahalaşma xaricə istehsal edilən və Azərbaycana idxal olunan məhsulların qiymətində özünü daha çox göstərir.

Məlumata görə, təkcə bu ilin yanvar ayında qeyri-ərzaq məhsullarının qiyməti 1,5 dəfə yüksəlib. Əvəllər 2.50-3 AZN civarında olan antiperspirantlar indi 4.50-5 AZN-ə satılır. Şampunların qiymətində ən azı 3 AZN, yuyucu vasitələrin qiymətində isə 4-5 manat artım var.

Mövcud vəziyyət məhsulların qiymətinin nə qədər və hansı müddətə qədər artacağı sualını gündəmə gətirib. Vacib mövzu ətrafında iqtisadçı ekspert, Millət vəkili Vüqar Bayramov bildirdi ki, 2023-cu ildə inflyasiya səviyyəsi ötən illə müqayisədə daha az olacaq:

"Dünya iqtisadiyyatında da inflyasiyanın azalması müşahidə olunur. Avrozonada inflyasiya səviyyəsi son aylar azalıb. Bu, ondan xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi fonunda qiymətlərin qlobal bazarda artması nisbətən səngiyib.

Nəzərə almaq lazımdır ki, Azərbaycan da anti-inflyasiya tədbiləri həyata keçirən ölkədir. Əgər ölkədə qiymət artımları müşahidə olunursa, xərcdə artımlar yoxdursa, burda monitorinqə ehtiyac var. Çünki istehlak bazarında qiymət artımlarının monitorinqinin gücləndirilməsi vacibdir. İqtisadi əsas olmadan qiymətlərin artırılması yolverilməzdir. Qiymət artımları xərci artırır, xüsusən də ailə büdcəsinin xərcinin artmasına səbəb olur.

İstehlak bazarında qiymətlərin monitorinqinin genişləndirilməsi və süni qiymət artımlarına qarşı mübarizənin sistemləşdirilməsi vacibdir ki, 2023-cü ildə yüksək qiymət artımları müşahidə etməyək.

Oxşar xəbərlər