Son bir ay ərzində əsas qida məhsullarının qiyməti 20-40 faiz arasında artıb
Bu haqda aqronom Vahid Məhərrəmov yazıb.
Onun sözlərinə görə, mal-qoyun əti 40 faiz, toyuq əti 20, süd və süd məhsulları 20 faiz, yağlar 20%, kartof 20 faiz artıb: “Çox təəssüf ki, bahalaşma hələ davam edəcək”.
Bu bahalaşmanın müxtəlif sahələri əhatə edəcəyi proqnoz verilir. Prezident süni qiymət artımına yol verməməyə çağırıb. Hökumət qabaqlayıcı tədbirlər görür.
Aidiyyatı qurumlar da süni qiymət artımına qarşı mübarizə aparır. Amma göründüyü kimi, 0 faiz qida məhsulları bahalaşıb.
Sentyabrda qiymətlərin yenidən qalxacağı söylənir ki, bu da ürəkaçan xəbər deyil. Benzinin qiyməti kəskin artdığı halda nəqliyyat tariflərinin stabil saxlanılması “mümkün deyil”.
Odur ki, ilk növbədə xüsusi (taksi) və ictimai nəqliyyatda (şəhərdaxili və şəhərlərarası avtobuslarda) sərnişin daşınmasında gediş haqları qalxacaq.
Bununla yanaşı, avtomobil, hava və dəniz nəqliyyatında daşınma xərclərinin artması əsas istehlak mallarının qiymətinin bahalaşmasında hərəkətverici rol oynacaq. Beləliklə də ilin ikinci yarısında inflyasiya proseslərini daha da sürətləndirəcək.
Ulus.Az-ın məlumatına görə, prezident və hökumət ölkədə qiymət artımına qarşı amansız mövqedədir. Ölkədə hansısa məhsulun qiymətində artım olursa, bu da əsasən idxala bağlıdır.
Hamı gözləyir ki, ərzaq məhsullarının qiyməti kəllə çarxa qalxacaq. Bildirilir ki, ərzaqdan tutmuş, dərmana qədər hər şeyin qiymətinin daha da artması qaçınılmaz olacaq.
Bu halda ölkə rəhbərliyinin təxirəsalınmaz müdaxiləsinə zərurət yaranacaq. Qiymətlərin bazarlarda tənzimlənməsi üçün dərhal dövlət müdaxilələr olmalıdır.
Antiböhran tədbirlərinin ləng getməsi nəticəsində iri mağazalar, dükanlar, yarmarkalar müflisləşir, bağlanır, minlərlə insan iş yerlərini itirir.
Böhranın dərinləşməsi, idxal rüsumunun artması, dolların bahalaşması və alıcılıq qabiliyyətinin aşağı düşməsi sahibkarların belini sındırıb.
Ərzaq məhsullarının qiymətinin qalxması, maaşların azalması, bank borclarının üstünə gəlməsi xalqın güzəranını çətinləşdirir.