Güclü zəlzələnin baş verdiyi Türkiyədə axtarış-xilasetmə işləri davam edir.
Dağıntılar altından çıxarılan Cəmilə adlı azyaşlının xilas edilmə anı izləyənləri sarsıdıb.
Azyaşlı qız xilasedici ilə söhbət zamanı 30 saatdan çox atasının cansız bədənilə dağıntı altında qaldığını deyib. Cəmilənin hazırda vəziyyətinin yaxşı olduğu bildirilir.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 18 342 nəfər həyatını itirib, 74 242 nəfər isə yaralanıb.//Modern.az