Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7 və Elbistan ərazisində baş verən 7,6 bal gücündə iki zəlzələ nəticəsində 2 921 nəfər həyatını itirib, 15 834 nəfər yaralanıb. Dağıntılar altından 7840 nəfər çıxarılıb.Zəlzələlər Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Malatya, Kilis və Adanada ciddi dağıntılara səbəb olub.
Yeraltı təkanlar 6 217 binanı dağıdıb.
7,7 bal gücündə zəlzələdən sonra ən böyüyü 6,6 bal gücündə olmaqla 183 afterşoklar olub.
Zəlzələ baş verən ərazilərdə fövqəladə vəziyyət elan edilib, 4-cü səviyyəli həyəcan siqnalı verilib.
Bundan əvvəl 2 379 nəfərin həlak olduğu bildirilib./oxu.az