İzmir şəhərində 6.6 bal gücündə baş verən zəlzələdən sonra bir möcüzə baş verib.3 yaşlı Elif Perinçek adlı qız zəlzələdən 65 saat sonra dağıntılar altından sağ çıxarılıb. Bu barədə məlumatı “Hurriyyet” yayıb.
Dağıntılar altından çıxarılan Elif xilas olunan 106-cı nəfər olub. 3 yaşlı körpə dərhal xəstəxanaya yerləşdirilib.