
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Episentri Xoy ərazisində olan 4,3 bal gücündə yeraltı təkanların dərinliyi 7 km-də yerləşib. İkinci 3,7 bal gücündə zəlzələ isə 8 km dərinlikdə olub.
Dağıntı və tələfat haqqında hələlik məlumat verilməyib.
Xatırladaq ki, fevralın 23-ü Türkiyə – İran sərhəd bölgəsində 5,7 bal gücündə zəlzələ olub. /Report/