Dünən İranın paytaxtı Tehranda Azərbaycan səfirliyinə qarşı olan qanlı terror hücumu onsuz da gərgin olan Azərbaycan-İran münasibətlərini daha da gərginləşdirib. Səfirliyimizin əməkdaşlarının təhlükəsiz bir şəkildə ölkəyə dönməsi üçün ölkə rəhbərliyi müəyyən tədbirlər görməyə başlayıb. Terror aktı nəticəsində səfirliyimizin bir əməkdaşı şəhid olub. Bu hadisədən sonra səfirliklərin geri çağırılması və diplomatik münasibətlərin kəsilməsi istisna olunmur.
Bu hadisənin ardınca İran hökumətinin icazəsilə Tehranda ermənilərin iştirakı ilə “artsax blokadadan çıxarılsın” şüarı altında aksiya keçirilib. Bununla da rəsmi Tehranın terrorla yanaşı, bu aksiyanı da bilərəkdən planladığı və diplomatik münasibətlərə zərbə vurmaq istəyinin şüurlu şəkildə baş verdiyi açıq-aşkar görünür. Əqidəsi müsəlman, əməli terror olan İranın qarnının ağrısı, sancısı nədir?
Sabiq XİN rəhbəri Tofiq Zülfüqarov İranda səfirliyimizə qarşı baş verən qanlı terror aktını, onun doğuracağı nəticələri və ermənilərin rəsmi Tehranın icazəsi ilə Azərbaycana qarşı növbəti təxribatını şərh edib:
“Azərbaycana qarşı bu cür təxribat əməllərinin həyata keçirilməsi bəzi ölkələrin rəhbərliklərində adi hala çevrilib. Terror aktı barədə isə təbii ki, geniştərkibli araşdırma və istintaq tədbirləri həyata keçirilməlidir. Çünki bu hadisə həm də İranın nüfuzuna ciddi zərbədir və rəsmi Tehran bunu başa düşməlidir. Baxın görün, dünyanın bu hadisəyə reaksiyası necədir – birmənalı olaraq pislənir. Hadisənin təfərrüatları tam aydınlaşandan sonra yəqin ki, Azərbaycan tərəfi üzərinə düşəni edəcək. Tehranda ermənilərin anti-Azərbaycan aksiyasının keçirməsi isə bizə qarş aparılan kampaniyalarn növbəti dalğalarından biridir. Bununla da Tehranın rəsmi məqamlarında ermənipərəst qüvvələrin varlığı isbat olunur. İran bir tərəfdən terror hücumuna göz yuman polis nümayəndəsini işdən çıxarır, digər bir tərəfdən isə ermənilərin anti-Azərbaycan təbliğatına, aksiyalara şərait yaradır. İran tərəfi açıqlamalarında Azərbaycanla münasibətləri qoruyub saxlamaq, inkişaf etdirmək istədiyini dəfələrlə dilə gətirsə də, əməldə bunun tam ziddini müşahidə edirik. Burada böyük məntiqsizlik var. İranda bəzi dairələrin Azərbaycana qarşı mənfi münasibəti artıq göz qabağındadır”.
Terror hücumunun baş verməsində ehtimal kimi dəyərlərləndirilən səbəblərdən biri də Azərbaycanın İsraildə səfirlik açması fikridir. Hansı ki, bu, İran tərəfini qıcıqlandıraraq, belə bir qarşılıq verməsinə zəmin yaratmış ola bilər. Bununla bağlı sabiq XİN rəhbəri Tofiq Zülfüqarov bildirib ki, İsraildə Azərbaycan səfirliyinin açılması olduqca normal haldır və bir çox post-sovet ölkələrinin də İsraildə səfirlikləri var:
“İrandan fərqli münasibət gözlənilən idi. Çünki biz həm qonşu olmaqla yanaşı, dinə dayanan oxşarlıqlarımız da var. Bu və başqa səbəblərdən dolayı İran tərəfi ola bilsin ki, bunu həzm edə bilmir. Ancaq Azərbaycanın İsraillə hərtərəfli dostluq münasibətləri var və biz bunu yüksək dəyərləndiririk. Son olaraq onu deyə bilərəm ki, terror aktı hadisəsinin təfərrüatları barədə həm Azərbaycan, həm də İran tərəfində ciddi araşdırmalar gedir. Araşdırmalardan sonra İranın tutacağı mövqeyə adekvat olaraq, Azərbaycan tərəfi də özünün gələcək mövqeyini bəlli edəcək. Bundan sonra hər iki ölkə arasında baş verə biləcək hadisələr bununla bağlıdır. Onu da qeyd edim ki, istənilən böhran vəziyyətinin həlli diplomatik yollarla həll edilməlidir, çünki coğrafiya nöqteyi-nəzərdən hər iki ölkə də bir-biri ilə qonşudur və diplomatik yollarla problemin aradan qaldırılmasına üstünlük verilməlidir. Ancaq yenə deyirəm ki, Azərbaycan tərəfindən atılacaq hər bir addım İranın bu hadisədən sonra tutacağı mövqedən asılı olacaq”. //bizimyol.info//