Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının Mərkəzi Komitəsinin VII Plenumu keçirilmişdir

Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının Mərkəzi Komitəsinin VII Plenumu keçirilmişdir Dekabr ayın 16, saat 11:30-da Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının Mərkəzi Komitəsinin VII Plenumu keçirilmişdir.
AMİHİF-in Mərkəzi komitəsnin üzvləri, aparat işçiləri, Həmkarlar İttifaqı Komitələrin sədrləri və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əməyin mühafizəsi şöbəsinin müdiri Əli Mədətov Plenumun iclasında iştirak etmişdir.
Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının Prezidenti Yusifov Bəkir Aslan oğlu (iclasa sədrlik edən) iclası giriş sözü ilə açdı.
İclasın iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra məruzəçilər iclası hesabatlar ilə davam etdirib.
İclasın gündəliyinə təşkilatı məsələlər, Həmkarlar İttifaqı üzvlük haqlarının daxil olmasının vəziyyəti və Federasiyanın maliyyə durumunun yaxşılaşdırılması istiqamətində görülən işləri, şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına sanatoriya-kurort və istirahət ocaqlarına yollayiş verilməsi və yardım göstərməsi, beynəlxalq əməkdaşlıq istiqamətində işlərini genişləndirilməsi, əməyin müfəttişliyi şöbəsinin üzv təşkilatlarda və müəssisələrədə əməyin mühafizəsi qaydalarına əməl edilməsinə nəzarəti güncəlndirilməsi, hüquq müfəttişliyi üzv təşkilatlarda və müəssisələrədə işçilərin hüquqlarını və mənafelərinin qorunması, Federasiyanın nəzdində fəaliyyət göstərən Gender məsələləri və qadın problemləri üzrə komissiyasının işlərini genişləndirilməsi və müxtəlif məsələlər haqqında məlumatlar daxil edilib.
Plenuma dəvət olunan HİK sədrləri də çıxış edib.
İclasın sonunda AMİHİF-in Prezidenti Bəkir Yusifov Plenumun iştirakçılarına təşəkkür edib və məhsuldar işin nəticələrini ümumiləşdirdi.




Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının Mərkəzi Komitəsinin VII Plenumu keçirilmişdir
Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının Mərkəzi Komitəsinin VII Plenumu keçirilmişdir

Oxşar xəbərlər