22 noyabr 2022-ci il tarixində saat 12:00-da Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının Prezidenti Bəkir Yusifov Beynəlxalq Avrasiya Metal İşçiləri Federasiyası onlayn rejimdə keçirilmiş Mərkəzi Komitəsinin 54-cü iclasında iştirak etmişdir. İclası Beynəlxalq Avrasiya Metal İşçiləri Federasiyasının Baş katibi Yusuf Ziya Odabaş açdı, sonra Federasiyasının Prezidenti Pevrul Kavlak iclası giriş sözü ilə davam etdirib.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Ölkələrdə və üzv təşkilatlarda sosial-iqtisadi vəziyyət haqqında məlumatı;
2. 2022-ci ildə üzv təşkilatlar tərəfindən üzvlük haqların ödənilməsi vəziyyəti haqqında;
3. 2022-ci ildə təlim seminarları proqramının təşviqi haqqında;
4. Federasiyanın 10-cu növbədənkənar qurultayının 2023-cü ilin mart ayında keçirilməsi haqqında;
və müxtəlif məsələlər üzrə hesabatlar dinlənilmişdir.
İclasın sonunda Mərkəzi Komitənin üzvləri bəyannamə qəbul ediblər.