Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət qrupun Qarabağ iqtisadi rayonunda apardığı monitorinqin ilkin nəticələri sərvətlərimizin talandığı faktını yenidən aktuallaşdırdı. Proses davam edəcək və məlumdur ki, daha ciddi faktlar ortaya çıxacaq. Çünki bu indi başlanan proses deyil, hələ işğalın mövcud olduğu 30 il ərzində Ermənistan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yeraltı-yerüstü sərvətlərini barbarcasına talayıb, xarici şirkətləri qanunsuz şəkildə bölgəyə cəlb edib.
Bu şirkətlər həm Ermənistana, həm də digər ölkələrə məxsus idi. Azərbaycanın Baş Prokurorluğunun 2018-ci ildə apardığı araşdırmalara görə, Ermənistanda və digər ölkələrdə hüquqi qeydiyyatdan keçən Vallex Group, Base Metals, ACP, Lerna Metalurgiayi İnstitute, Teghout və digər şirkətlər, o cümlədən, Ermənistandan olan fiziki şəxslər qızıl hasilatı biznesinin təşkilində iştirak edib.
"Vallex Group” talama prosesində aparıcı şirkətlərdən olub. İsveçrədə qeydiyyatdan keçən şirkəti erməni biznesmen Valeriy Meclumyan təsis edib. Şirkət müxtəlif ölkələrdə qeydiyyatdan keçən – misal üçün, Kipr, Lixtenşteyn və s. – törəmə şirkətləri də özündə birləşdirir. Şirkətin maliyyə mənbələrindən biri kimi Rusiyanın "VTB” bankının da adı çəkilir. Qrupa o cümlədən, Ermənistan və Rusiyada, eləcə də işğal dövründə Qarabağda fəaliyyət göstərmiş şirkətlər də daxil olub.
2001-ci ildə "Base Metals” şirkətini təsis edən "Vallex Group” işğal dövründə Kəlbəcərin "Heyvalı” yatağını istismar edərək, qurudub. Məlumatlara görə, 2009-2011-ci illərdə 400 min ton filiz emal edilib, halbuki, bu müddətdə emal həddi 150 min olmalıdır. "Heyvalı”nı qurudandan sonra şirkət 2011-ci ildə keçmiş Ağdərə rayonundakı "Kaşen” – "Dəmirli” yatağının istismarına başlayıb. Bu yataqdan çıxarılan filiz əsasən Avropa ölkələrinə ixrac edilirdi.
"Base Metals” istismara qeyri-qanuni şəkildə xarici mütəxəssisləri də cəlb edib. Misal üçün, Cənubi Afrikadan olan mədən mühəndisi Johann Murrayın 2016-cı ildə separatçıların "televiziyasına” müsahibəsi bunu təsdiq edən faktlardandır. Belə mütəxəssislərdən biri də "Base Metals” şirkətinin (eyni zamanda "Vallex Group” şirkətlər qrupunun) maliyyə investoru, İsveçrə vətəndaşı Vartan Sirmakesdir.
Danimarkanın "FLSmidt” şirkəti də 2006-cı ildən "Vallex Group” ilə əməkdaşlıq çərçivəsində işğal altındakı ərazilərdə yataqların istismarına cəlb edilib. Bu şirkət "Vallex Group”un avadanlıq və layihələndirmə ilə bağlı sifarişlər yerinə yetirib, yerli işçilərə treyninqlər keçmək üçün mütəxəssislər təqdim edib, o cümlədən, 2008-ci ildə Ermənistanın Lori regionunda "Vallex”ə məxsus olan "Teghut” mis-molibden yatağında sifarişlə xidmətlər göstərib.
Burada diqqətçəkən məqamlardan biri Qarabağda yataqların istismarında iştirak edən xarici mütəxəssislərin bögəyə birbaşa yox, Ermənistan üzərindən gətirilməsi olub. Mütəxəssislər Ermənistandakı yataqlarda işləməyə dəvət olunur, daha sonra Qarabağa gətirilirdi. Bu, böyük ehtimalla mütəxəssislərin işğal altındakı ərazilərə qanunsuz səfər etmək istəməməsindən qaynaqlanıb. Misal üçün, "FLSmidth” şirkətinin Loridəki "Teghut” yatağında işləyən mütəxəssisləri buna paralel olaraq, "Kaşen” (Dəmirli) yatağında da çalışıb. Onların CV-lərində işlədikləri ölkə kimi Ermənistan, iş yerləri yer kimi "Dəmirli” yatağı göstərilir.
Rusiya vətəndaşı Roman Valeev də belələrindəndir. O, "FLSmidth” şirkətinin mühəndisi kimi 2014-2015-ci illərdə Ermənistandakı "Teghut” yatağında işləyib, 2015-ci ildə fasilələrlə Qarabağdakı "Dəmirli” yatağındakı istismar işinə cəlb olunub. "FLSmidth” şirkətinin tərcüməçisi, Rusiya vətəndaşı Yelena Kanturun, Almaniya və Türkiyə vətəndaşlığı daşıyan mühəndis mühəndisi Yalçın Kulaklıoğlunun Qarabağda müəyyən müddətdə işlədiyinə dair məlumatlar var.
"Teghut” yatağında işləyən İranın "Kavoshgaran Consulting Engineers” (KCE) şirkətinin əməkdaşları da "Dəmirli” yatağının istismarına cəlb olunub.
Mexanizm eynidir: "FLSmidth” şirkətində olduğu kimi, KCE şirkətinin əməkdaşları da "Teghut” yatağında işləyib, buna paralel olaraq, "Dəmirli” yatağının da istismarında iştirak ediblər. KCE-nin rəsmi saytında isə "Dəmirli” yatağı Ermənistan ərazisindəki mədən kimi göstərilib.
Qarabağdakı "Dəmirli” yatağının qanunsuz istismarına cəlb edilən KCE mütəxəssisləri arasında İran vətəndaşları Zohreh İranmaneşin, Mostafa Asadizadehin, 2015-2018-ci illər arasında KCE-də baş geotexniki mühəndis olmuş Sahand Şokrinin adını çəkmək olar. Bu şəxslərin 2015-ci ildə "Teghut” yatağı ilə yanaşı, "Dəmirli” yatağında da işlədiyinə dair məlumatlar var.
Rusiyanın "Gold Star” qapalı səhmdar cəmiyyəti isə Zəngilan rayonunun Vejnəli kəndində qızıl yataqlarının qanunsuz istismarını həyata keçirib.
"Vejnəli” yatağı ilə yanaşı, Kəlbəcər rayonunun "Söyüdlü” (zod-qızıl-sulfid), "Qızılbulaq” (qızıl-mis-kolçedan), "Heydərə” (qızıl), "Qərbi Qızılitən” və "Ağzıbir” (qızıl) yataqları da işğal dövründə talanıb.
İşğal dövründə erməni mənbələr Qarabağ və ətraf ərazilərdəki "qızıl mafiyası” haqda zaman-zaman məlumatlar dərc edib. Hələ o zaman Qarabağdakı separatçı-terrorçu rejimin keçmiş "rəhbəri” Bako Saakyan və Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan Azərbaycanın işğal altındakı ərazilərində istismar edilən qızılın xaricə daşınmasına görə ittiham edilirdi.
Erməni jurnalist Vaqram Ağacanyanın araşdırmasına görə, işğal dövründə Ermənistanın 30-dan şox şirkəti Qarabağdakı qızıl və digər qiymətli metalların istismarını həyata keçirib. Belə şirkətlərdən biri FDM-dir. 2001-ci ildə fəaliyyətə başlayan şirkət Azərbaycanın 16 tondan çox qızılını talayıb. Təkcə 2008-ci ildə talanan qızılın həcmi 4 ton olub.
Azərbaycanın Baş Prokurorluğu 2018-ci ildə işğal altındakı ərazilərin sərvətlərinin talanması ilə bağlı beynəlxalq məhkəmələrə müraciət ünvanlayıb. Torpaqlarımız işğaldan azad edildikdən sonra istintaq işləri birbaşa yerlərdə aparılıb və yeni faktlar aşkarlanıb.
Baş Prokurorluğun 2020-ci ildə aparılan istintaqla bağlı müəyyən məlumatları açıqlamışdı. Məlumata görə, Vejnəli kəndində əlvan metal yataqlarından qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, gəlir əldə edən İsveçrədə rəsmi qeydiyyatdan keçmiş "Vallex Group” şirkətlər qrupunun filialı olan "Base Metals” Qapalı Səhmdar Cəmiyyəti 2009-2017-ci illər ərzində cəmi 301 milyon 918 min manat məbləğində qanunsuz gəlir əldə edib. Qeyd edilən cinayət faktları ilə əlaqədar "Vallex Group” şirkətlər qrupunun maliyyə investoru, İsveçrə vətəndaşı Vartan Sirmakes və rəhbəri Valeriy Mejlumyan, o cümlədən həmin şirkətlər qrupuna daxil olan "Base Metals” QSC-nin icraçı direktoru Artur Mkrtumyan haqqında cinayət işi açılıb, beynəlxalq axtarışa veriliblər.
Azərbaycan hüquq-mühafizə orqanları işğal dövründə təvii sərvətlərimizi talayan şirkətlər və şəxslər haqqında istintaq-axtarış tədbirlərini davam etdirir.
Hazırda işğaldan azad edilmiş ərazilərdən fərqli olaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdəı təbii sərvətlərimizin talan edilməsi davam etdirilir. Qarabağ iqtisadi rayonunda başlanan ekoloji monitorinqin məqsədi də qanunsuz fəaliyyətin qarşısını almağa hesablanıb və belə görünür ki, araşdırmalar davam etdikcə yeni faktlar da ortaya çıxacaq.