Vətən Müharibəsi şəhidi Əliyev Fizuli Vidadi oğlunun anım günü qeyd edilib
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhidlərin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Hərbi Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərimizin ruhuna dualar oxunub, məzarları üzərinə əklil və tər güllər düzülüb.
Çıxış edənlər Azərbaycan Ordusunun 44 gün davam edən hərbi əməliyyatlar zamanı işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atmasından söz açıb, haqq yolunda ölümün gözünə dik baxan şəhidlərimizə Allahdan rəhmət diləyiblər.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Allah şəhidlərimizə rəhmət eləsin!
Xətai Rayon İcra Hakimiyyətində Azərbaycanda səfərdə olan Yaponiyanın Şika şəhərinin meri Masaru Koizuminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirildi
Xətai Rayon İcra Hakimiyyətində Azərbaycanda səfərdə olan Yaponiyanın İşikava perefekturasının Şika şəhərinin meri Masaru Koizuminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə,Yaponiyanın Şika şəhərinin meri Masaru Koizumi, Şika Şəhəri Parlamentinin sədri Masanori Minami, diplomat Taiçi Ono və digər yaponiyalı qonaqlar iştirak ediblər.
Qonaqları salamlayan Xətai rayonu İcra hakimiyyətinin başçısı Rafiq Quluyev bildirdi ki, onları yenidən Azərbaycanda, rayonumuzda görməkdən çox məmnundur. Bildirilib ki, ölkələrimiz arasında dost münasibətlər mövcuddur. 2018-ci ildən Şika şəhəri ilə Xətai rayonu arasında dostluq münasibətləri var. Rayonun Heydər Parkınnın ərazisində "Yapon bağı" salınıb, 2018-ci ildə Şika şəhəri ilə Xətai rayonu arasında dostluq protokolu imzalanıb. Görüş çərçivəsində Rafiq Quluyev qonaqlara ölkəmizin Vətən Müharibəsində əldə etdiyi böyük Zəfərdən, bu 30 ildə erməni vandalları tərəfindən işgal olunan rayonlarımızın, şəhərlərimizin viran qoyulması və hazırda azad edilən ərazilərdə davam edən yenidənqurma və bərpa prosesləri haqqında söhbət açıb. Qeyd olunub ki, əbəs yerə Ağdam şəhərini "Qafqazın Xiriosiması" adlandırımırlar. Müxtəlif ölkələrin kütləvi-informasiya vasitələrinin azad edilmiş ərazilərə səfərləri zamanı yaydıqları video və fotomateriallar əsasında bütün dünya Ermənistanın 30 ilə yaxın bir müddətdə işğal altında saxladığı yaşayış məntəqələrimizi yalnız divarlardan ibarət dağıntılara çevirdiyini gördü. Lakin artıq bütün dünya bu torpaqlarda başlanmış nəhəng bərpa işlərini müşahidə edir. Qarabağın bərpası üçün uzun illər lazım gəlsə belə, Azərbaycan dövləti və xalqımız cansız torpaqlara çevrilmiş bu ərazilərə həyatı qaytarmaqda israrlıdır və buna qadirdir.
Şika şəhərinin meri Masaru Koizumi və digər qonaqlar yüksək səviyyədə qəbul üçün təşəkkür edib, ölkəmizin bütün sahələrdə inkişafını müşahidə etdiklərini bildirdilər. Xətai rayonu və Şika şəhərinin əlaqələrinin Yaponiya və Azərbaycan dostluğuna böyük bir tövhə olacağını qeyd ediblər.
Sonda qarşılıqlı olaraq hədiyyələr təqdim edilib və xatirə şəkilləri çəkdirilib.
Xətai rayon İcra Hakimiyyətində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
Xətai rayon İcra Hakimiyyətində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.
Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin, FHN Bakı Regional Mərkəzinin, və yerli özünüidarəetmə orqanlarının nümayəndələri, rayonun təsərrüfat rəhbərləri, o cümlədən aidiyyəti rayon xidmətləri və təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri iştirak ediblər.
Müşavirədə rayon İcra Hakimiyyətinin başçısının müavini Rafiq İsayev, Etibar Əhmədov və digər çıxış edənlər tədbirin əhəmiyyətindən bəhs edib, mülki müdafiə sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıb.
Sonra FHN Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov çıxış edərək rayon ərazisində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları barədə ətraflı məlumat verib. Həmçinin, Bakı Regional Mərkəzinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən mülki müdafiə obyektlərində keçirilmiş monitorinqin nəticələri haqqında müşavirə iştirakçılarına məlumat verilib. Qeyd olunub ki, cari ilin təqviminə uyğun olaraq rayon ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.
Müşavirənin sonunda yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı videoçarxlar nümayiş olunub, suallar cavablandırılıb.