Xətai rayon İcra Hakimiyyəti tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlər davam edir.
3 may 2018-ci il tarixdə Xətai rayonunun qardaşlıq münasibətləri qurduğu Türkiyənin Mersin vilayətinin Tarsus şəhərində Azərbaycanın ümummilli Lideri Heydər Əliyevin doğum gününün 95-ci ildönümü münasibətilə təşkil olunmuş tədbirdə Xətai rayon İcra Hakimiyyətinin Başçısı Razim Məmmədov, millət vəkili Hüseynbala Mirələmov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Mersin Böyükşəhər Bələdiyyəsinin Başqanı Burhanəttin Koçamaz, Tarsus Bələdiyyə Başkanı Şövkət Can və digər rəsmi qonaqlarla yanaşı Mersində və ətraf Universitetlərdə təhsil alan tələbələr və iş adamları da iştirak edəcək.
Tədbir 3 may 2018-ci il tarixdə Türkiyə vaxtı ilə saat 16:30-da Tarsus şəhərindəki Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda təşkil olunacaq.