ABŞ Dövlət Departamenti Türkiyənin terrora son qoymaq üçün başlatdığı “Pəncə-Qılınc” əməliyyatı ilə bağlı qalmaqallı açıqlama verib.
"Sabah" qəzeti xəbər verir ki, ABŞ Dövlət Departamenti PKK/YPG terror təşkilatının Türkiyəyə qarşı raket hücumlarını qınamayıb, əksinə Türkiyəyə çağırış edib:
"Suriya və Türkiyədə mülki vətəndaşların itkisi ilə bağlı səmimi başsağlığımızı bildiririk. Mülki insanları qorumaq və İŞİD-i məğlub etmək üçün ortaq hədəfi dəstəkləmək üçün Suriyada gərginliyin azaldılmasına çağırırıq.
Biz İraqda İraqın suverenliyini pozan razılaşdırılmamış hərbi əməliyyatlara qarşı çıxmağa davam edirik" - məlumatda qeyd edilib.