İran 4 ölkəni təhdid etdi: "...Onlar sabitlik görməyəcək"

İran 4 ölkəni təhdid etdi: İranın kəşfiyyat naziri İsmayıl Xətib ölkədəki etirazlarda ölümlə nəticələnən hadisələrin xarici güclər tərəfindən təhrik edildiyini bildirib.

İRNA xəbərinə görə, hadisələrin ABŞ, İsrail, İngiltərə və Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirilən media tərəfindən təhrik edildiyini iddia edən Xətib, “İranın nöqteyi-nəzərindən region ölkələrində hər hansı qeyri-sabitlik yoluxucudur və İranda istənilən qeyri-sabitlik region ölkələri üçün yoluxucu ola bilər”, - deyib.

Bölgədəki qeyri-sabitliyin mənbəyinin qeyri-regional aktorlar olduğunu bildirən Xətib, "İran indiyə qədər möhkəm rasionallıqla strateji səbir nümayiş etdirdi, lakin düşmənçiliklərin davam edəcəyi təqdirdə bu strateji səbrin davamı üçün heç bir zəmanət vermir", deyib.

O, açıqlamalarına davam edərək, “İran qarşılıq vermək qərarına gəlsə, bu ölkələr sabitlik görməyəcək” söyləyib.

Oxşar xəbərlər