
Bununla bağlı Bərdə Rayon İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, hadisə ilə əlaqədar Zöhrab Zöhrabbəyovla ətraflı söhbət aparılaraq izahatı alınıb və yol verdiyi ciddi nöqsana görə haqqında inzibati tənbeh tədbiri görülüb:
“Birinci Qarabağ müharibəsinin şəhidi, “Azərbaycan Bayrağı” ordenli Sərhəd Zöhrabbəyovun oğlu Zöhrab Zöhrabbəyov yol verdiyi hərəkətinə görə peşmançılıq hissi keçirdiyini bildirib”.
***
Sosial şəbəkələrdə Bərdə rayonunda Azərbaycan bayrağına qarşı hörmətsizlik edən şəxsin görüntüləri yayılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Ölkə.az-a bildirib ki, qeyd edilən görüntülərlə əlaqədar Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb.
Hadisəni törədən şəxsin kimliyi polis əməkdaşları tərəfindən müəyyən edilib.
Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.